Yasin surəsinin təfsiri - 13
Yasin surəsinin təfsiri (13-cü dərs)
“Və yəqulunə məta hazəl-və`du in kuntum sadiqin.”
“Ma yənzurunə illa səyhətən vahidətən tə`xuzuhum və hum yəxissimun.”
Bu ayələrdə bu kafirlərin məntiqlərini, Qiyamət məsələsi barəsində Allah-mütəal izah eləyir. Onların məntiqləri budur ki, çün zaman təyin eləyə bilmirsiniz, bəs yoxdur Qiyamət. Əgər düz deyirsiniz Qiyamət var, zamanını deyin bizə. Quran Qiyamət surəsində əsil məsələyi inkare Qiyaməti izah eləyir. Orda da buna oxşar bir cümlə vardır ki, soruşarlar Qiyamət nə vaxt olacaq? Allah-mütəal buyurur ki, bu ki, insan soruşur Qiyamət nə vaxt olacaq bu ona xatir deyil ki, istəyir bilsin şübhəsi var, elmi bir şübhəsi var, elmi şübhəsinə istəyir cavab tapsın. Bir sıra insanların zehnlərində sual var, şübhə var cavab axtarırlar. Deyir Qiyaməti inkar eləyən, Qiyaməti inkar eləmək əsasında sual soruşan buna deyil ki, nə vaxtdı Qiyamət, hansı zamandı bunu soruşur elmini artırsın. Buyurur ki, insanın problemi Qiyamət məsələsində elm deyil, elmin yolu var. Qiyamətin əsl olmağına sübutlar var. Zamanını bilib-bilməmək Qiyamətin olyb-olmamağında dəxli yoxdur. Qiyamətin sübutu Allahın hikmətiynən, Allahın ədalətiynən, insanın ruhunun əbədiyyətiynən və sairə sübutlar var ki, Qiyamətə ilahiyyət elmində, əqidə elmlərində izah olubdu, onları araşdırmaq lazımdır, zamanını bilək-bilməyək. Amma bilirsiniz bu niyə istehza eləyir, soruşur “Bəl yuridul insan li yəfcurə əmaməh” İnsan istəyir qarşısında günah eləsin, fisqi-fücur eləsin, insan istəyir məsiyyətinə heç kim qarışmasın, heç kim mane olmasın bunun laqeydliyinə. Buna görə də deyir Qiyamət yoxdur. Əgər desə Qiyamət vardı gərək hesab-kitabına diqqət eləyə, gərək yaşayışına diqqət eləyə, gərək özünü kontrol eləyə, halal-haramına diqqət eləyə. Əvvəldən danır ki, heç zada diqqət eləməsin. İstəyir laqeyd yaşamaq üçün ayrı ifadəynən desəm, elmi şübhə deyil Qiyaməti danmaq, elmi şübhənin yolu var gedib sübutları araşdırarlar. Nəfsi şəhvətdi Qiyaməti inkar eləmək. İstək ki, daxildə var laqeyd olsun, o laqeydliyə görə istəyir Qiyaməti dansın “Bəl yuridul insan li yəfcurə əmaməh”
Burda da “yəqulunə məta hazəl-və`d” bunlar soruşarlar bu vədə, cəza bu bizə na xoş xəbər, bu ki, siz deyirsiniz bizə əzab gələcəkdir bu nə vaxt olacaq soruşurlar. Allah-mütəal buyurur ki, Mən sizə deyərəm nə vaxt olacaq. O vaxt olacaqdır ki, bir fəryadi tamami sizin həyatınızı söndürəcəkdi.
“Ma yənzurunə illa səyhətən vahidə” Qiyamət birdən olacaqdı, necə ölüm birdəndir, İmamın zühuru birdəndi. Qiyamət də birdəndi. “focətən” yəni nagahan, birdən. Ölüm də “focətən”. Adətən ölüm birdən gələr və İmamın zühuru da “focətən” – birdəndir. Hətta hədislər də var, Peyğəmbəri əkrəmdən əcib bir hədisdi, buyurur ki, “Təqumus saə və rəculan qəd nəşəra subəhumə” Qiyamət gələcək o vaxt ki, o halda ki, iki kişi bir-birlərilə məşğuldurlar alverə, parça satırlar parçanı açıblar, bükə bilməyəcəklər ki, ölüm gələcək hamı öləcəkdi, Qiyamət başlanacaqdı. Yaxud “Və rəculu yərfəu uklətəhu” bir kişi tikəsini istəyir qoysun ağzına “ila fəmihi” ağzına qoyacaqdı, amma bu loxma, bu tikə ağzına yetişməmiş ki, götürüb qoysun ağzına bu ortada Qiyamət olacaq, tikə qalacaq əlində. Hədis belənçidi, nagahani özü də bu forma. Buyurur ki, bir şəxs bir heyvanlarına hovuz tikirdi, heyvanlarına məsələn bir yer hazırlayırdı, ta bunlara su versin elə bu halda Qiyamət baş verəcəkdir. Yəni buyurur “təxuzuhum” bunları tutacaq Qiyamət, bir fəryad bu səs ki, bir səsnən tamam aləm sönəcək həyat. Bu gələcək və “hum yəxissimun” O halda ki, bunlar bir-biriynən də münaqişə eləyirdilər. İndi dünya malında münaqişə edirdilər, biri deyirdi az sat, biri deyirdi çox ucuz satıram münaqişələr idi. O halda ki, münaqişə eləyirdilər bu Qiyamət gələcəkdir və bunlar hamısı öləcəkdir. Diqqətə layiq bir cümlə vardı ki, Quranın ayələrindən belə çıxır ki, iki dənə “seyhə” var. Bir “seyheyi imatə” deyərlər adına o səsnən kulli aləmdə hər nə diri var öləcəkdi, özü də birdən gələcək. Özü də deyir o halda ki, hələ bir-birləriynən münaqişə eliyirdilər, bir-birləriynən münaizə edirdilər o halda nagahan, birdən gələcək. Fürsət olmayacaq adam evinə qayıtsın, fürsət olmayacaq insan vəsiyyət eləsin. Adam da olmayacaq vəsiyyət eləsin, evinə qayıtmağa fürsət olmayacaq ki, öz əhli-əyalının yanında ölsün.
İkinci məsələ budu ki, bunlar “seyheyi ehya” da var ki, sonrakı ayələrdə oxuyacağıq. Bir fəryad ki, o şeypur çalınacaq, onunla da tamami insanlar təzədən qəbirdən duracaqlar. Bu ayə ki, “in kanət ila səyhətən vahidə” bu “imatə” barəsindədir. Yəni bu fəryadla, bu səslə hamı öləcəkdir. Elə bil bir kiliddi tamami evin çıraqlarını, lampalarını, lampuçkalarını söndürərsən.
Buyurur: “Fəla yəstətiunə təvsiyətən və la ila əhlihim yərciun”. Elə bu birdən gələcək, özü də daha insan imkan olmayacaq bundan xilas olsun, qaçsın. Ölüm o hadisələrdəndir ki, əvvələn hətmidir gələcək hamı ölər, gələndən sonra da insanın əli, ümidi qurtular, əli kəsilər. İnsan ta bu dünyadadı məşğul olsun, ta cavandı ölüm gəlməyibdi özünü tövbələtmə versin, özünü tövbələtmə versin, özünü paklaşdırsın, amma daha ölüm gəldi, Allah-mütəal ölüm gəlməyin vəziyyətini belə izah eləyir. Buyurur, “Fəla yəstətiunə təvsiyətən”. Daha bunlarda imkan və qüdrət olmayacaq tövsiyə eləsinlər. “Tövsiyə” yəni sözlərini desinlər və axırıncı sözlərini, mühüm sözlərini desinlər. Bu iki cəhətə imkan olmayacaq. Bir adam olmayacaq daha, hamını bu səs aradan aparacaq. İkinci cəhət də fərz eləyək, əgər adam olsa bunların imkan gücləri çatmayacaqdı, ölüm gəldi daha bunları tutacaqdı. Möhlət verməyəcək. zaman yaratmayacaq onlara ki, bunlar eləyə bilsinlər vəsiyyət eləsinlər, tövsiyə eləsinlər. “Fəla yəstətiunə təvsiyətən” Bunlara imkan yaranmayacaq tövsiyə eləsin. “və la ila əhlihim yərciun”. Və imkan yaranmayacaq ki, bunlar öz əhlilərinə tərəf, öz ailələrinə tərəf qayıtsınlar. Qiyamət və ölüm belənçidi.
Allah-mütəal bunları xəbər verir, ta biz burada ayılaq. Onları xəbər verməsəydilər biz bilməzdik nə xəbərdi. Bəzi şeylər var Quranda insan bilə bilər, amma zaman getdikcə, elm inkişaf elədikcə. Ona görə Quran o məsələlərə buyurur “Əlləməkum ma ləm tələm” Sizə öyrətdi, onu ki, siz bilmirdiniz. Amma bir sıra məsələlər var Quran əgər öyrətməsəydi, biz öyrənə bilməzdik. “Əlləməkum ma ləm təkunu tələmun” öyrənə bilməzdiniz, onlar öyrədibdi. Bu ki, ölümdən sonra nə olacaq, bu ki, insan öləndə bir səsnən hamı öləcək, bir səsnən təzədən hamı diriləcək bunlar bir şeylər deyil ki, biz elmin inkişafı ilə öyrənək, təcrübə inkişafı ilə öyrənək. Bnlar vəhylə öyrənilir, bunları din gəlib bizə xəbər verir. Allahın rəhmanlığıdır ki, indidən bizə deyir, ta özümüz yolumuzu görək. Yolun bir tərəfi daha əql işləməz orda. Ölümdən sonrakı məsələlərin xırdalıqlarını əql işləməz. Əql fəqət deyir ölümdən sonra var. Əql fəqət deyir Qiyamət olmalıdır gərək ola. Amma bu ki, xırdalıqları ki, nə cür olacaqdı onu bizə vəhy izah eləyir ki, buyurur “Nufixə fis-sur” Şeypura üfürülər, “nufəxə” yəni üfürülər, “Fis-sur” yəni şeypura.. Bu üfürülmə “imatə” deyil, öldürülmə üfürülmə deyil “eyha”dı.
Bunu bəzi alimlər incə bir məsəl vurublar. Deyirlər bir təzə çevriliş olandan sonra, təzə bir inqilab gələr. Əvvəl o keçmiş hakimiyyəti devirmək, aradan aparmağın şeypuru çalınar, daha o qanun qurtuldu. Təzədən yeni bir hökumət qurulub, yeni bir nizam qurulmağın şeypuru çalınar ki, daha yeni bir qanun quruldu. Allah istəyir bəzən belə simvolik məna da eləyiblər ki, qeyri az budur ki, gerçək də belə bir səslər olacaq bu ki, bir səslə hamı ölür yəni aləmin, dünya aləminin qanunları silindi. Daha dünya aləmində sən yalan deyirdin, dünya aləmində sən zornan bir iş görürdün, zülmnən bir iş görürdün, dünya aləmində tayfanla bir iş görürdün, təəsübünlə bir iş görürdün. Dünya aləmində hoqqa, hiylə hamısı var idi, ikiüzlülük, paklıq da var idi. Amma dünya aləmində belə idi. Amma daha o öldü, onun şeypuru çalındı, insanlar da öldülər o aləmdə. Təzədən “Nufixə fis-sur” “şeypuri ehya” çalınar, dirilmə. Əsli “ehya” budur ki, insanlar dirilərlər, ruh qayıdar təzədən insanın bədəninə. Bu ehya bu mənayadı ki, ruh bədənə qayıdar. Ruh diridir həmişə, amma ruh cisimdə olmaq bir dünyadadı, bir Qiyamətdə. Vəsətdə, Bərzəxdə ruh bədəndə deyil. Buyurur vəxti siz dirildiniz bir sotla (səslə) diriləcəksiniz. həm Allahın qüdrətini istəyir nişan verə, desin ki, bir sotnan diriləcəksiniz, bir səslə diriləcəksiniz necə ki, bir səslə aradan getdiniz, dünyada öldünüz. Bir də yeni bir nizamın qurulmağı daha burda o qanunlarla ki, yaşayırdınız, aldadırdınız, zülm eləyirdiniz. ikiüzlülük eləyirdiniz daha bunlar qurtuldu.
Buyurur “Və nufixə fis-sur” Şeypur çalınar “fəiza hum minəl-əcdas”. “Əcdas” yəni cədəsdi. Yəni qəbir. Olar nagahan “iza” yəni nagahan, birdən bunlar qəbirlərdən “ila Rəbbihim yənsilun.” öz Rəbblərinə tərəf “yənsilun” yola düşərlər. Qəbirlərdən durub Rəbblərinə tərəf gedərlər. Əcəb ouza olar, hamı durub qəbirdən öz Rəbbinə tərəf gedir, hamı hesab-kitab tərəfinə, hamı Allahın hesabına, məhkəməsinə tərəf yola düşübdü, rəvan olubdu. “Nəsl” yəni yola düşmək.
Burda olar ki, Qiyaməti danırdılar, mövhumat deyirdilər, uydurma deyirdlər, kim ordan gəlib xəbər verib deyirdilər. Axı hər elmin, hər söhbətin bir araşdırma yolu var, Qiyamət məsələsi ordan gəlib məsələsiynən araşdırmazlar ki, Qiyamətə gedirik, gəlmirik ki, ordan. Eyni halda ki, ordan gələnlər də var idi. Məgər ölülər ki, İsa diriltdi ordan gəlmədilər? Məgər Əshabi Kəhf gedib ordan gəlmədi? 300 il bunlar yatdılar. Bu vardı yəni ölü dirilmə məsələsi dünyada da olub. Üzeyir peyğəmbər yüz il ölübdü. Quran deyir öldürdük “Fə əmatəhu” Yüz il öldürdük, diriltdik. Bəs ordan gəlmə də var. Amma əsil bu məsələ ordan gəlməknən həll olmur ki. Əsil Qiyamət məsələsi bu ki, əqli sübutları vardı Qiyamətə, Allah adildi Qiyamət olacaq, Allah hikmətlidi Qiyamət olacaq, bir də Quranın ayələridir. Min ayədən çox Qiyamət barəsində ayə vardı. Mən bir sadə sözlə bu xatirə ki, şəhvətim vardı, nəfsani istəyim var, istəmirəm desinlər mənə günah eləmə, istəmirəm desinlər mənə içki içmə, istəmirəm desinlər mənə əyri yol getmə, namaz qıl, oruc tut, bu işləri deməsinlər Qiyaməti danıram. Araşdırmıram Qiyamətin bəhsini. Məsələn onlar ki, Qiyaməti danırlar, araşdırırlar, gedirlər ilahiyyət kitablarını oxuyurlar ki, Qiyamətə on dənə sübut var, mən sübutları tənqid eləyirəm, nəğdiləri budur, araşdırmaları budur, ona görə düz deyil. Belədi? Yox. Quran deyir “Bəl yuridul insan li yəfcurə əmaməh” Qiyaməti danır nə elmi şübhəsi var, nə elmi sualı var, nə elmi araşdırır. Elmi araşdırmağın yolu vardır, bu şəhvəti var, nəfsani istəklərinə görə Qiyaməti danır. İndi danıb bir beləm Qiyaməti nəfsi istəklərinən, hamı durub ayağa. Allah-mütəal buyurur ki, əvvəldə bu ouzanın dəhşətiynən vəhşətə düşəcəkdi. Bu vəhşətə düşəndə deyəcək “ya vəyləna” ey vay bizə. Ey vay bizə, bu vəhşəti görsədir. Hamı ki, durdu ayağa, bu da danıb axı “mən bəəsəna min mərqədina” Kim bizi bu yuxumuzdan qaldırdı. “bəsə” yəni qaldırdı bizi, “mərqəd” yəni yuxu. Bizi bu istirahətimizdən qaldırdı, yuxumuzdan qaldırdı. Bu ayədən bəziləri elə nəticə alıblar ki, mümkündü Bərzəx bir sıra insanlara yuxu kimi ola və bir sıra rəvayətlərdə vardı Bərzəx mömin adamlara behiştdi və ən pis adamlara əzabdı. Bəzi insanlara yuxu kimidir, qurtulacaqdır. Bəziləri də belə istəyirlər nəticə alsınlar. Amma bir məsələ də var, mümkündü “mərqəd” nisbi “mərqəd”dir. Yəni nisbət be Qiyamət deyirlər bizim istirahət yerimiz idi, orda əzab da çəksə idik elə əzab çəkmirdik, Qiyamətə nisbət indi bütün əməllərimizə gərək hesab verək. Bəs bizi istirahətimizdən kim qaldırdı? Kim dayandırdı qurtardı məsələni? Orda yaxşı rahat qalmışdıq
“ya vəyləna mən bəəsəna min mərqədina” Kim bizi bu yataq yerimizdən, istirahət yerimizdən qaldırdı? Bu vəhşət, sonra özlərinə gəlir, görürlər ki, daha o aləmin bu aləmlə fərqi var. O aləmdə aldada bilməzlər, o aləmdə yalan danışa bilməzlər “haza ma vəədər-Rəhman” Bu haman idi ki, Rəhman vədə verdi və biz də istehzaynan dedik “yəqulunə məta hazəl-və`d” İstehza edirdik axı. Deyirdik bu vədə nə vaxt olacaq? Quran deyir olacaq və olanda da belə deyəcəksiniz “haza ma vəədər-Rəhman” Bu hamandır ki, Rəhman vədə veribdir. Rəhman kəlməsi deməklə istəyirlər daha istehza istəmirlər eləsinlər. İstəyirlər Allaha yalvarsınlar və Allaha yalvarmaqla bir növ Allahı cəlb eləsinlər ki, bəlkə əzabları yüngülləşə. Bu Rəhman vədə verən idi və “sədəqəl mursəlun” Peyğəmbərlər düz deyirdilər Qiyamət var idi, biz dandıq yalanlarla, şəhvətdən dandıq, biz istehza elədik dandıq, biz özümüzü itirmişdik bir az pulumuz çox idi hamıya yuxarıdan baxırdıq, dinə də yuxarıdan baxırdıq istehza eləyirdik. “sədəqəl mursəlin” peyğəmbərlər düz dedilər ona görə “Ğədəl yuləm mənil fəqir, mənil ğəni” Əmirəl-möminin Əli buyurar: sabah bilinər kim kasıbdı, kim varlı. Əliboş, əlidoluluq indi bilinməz, sabah bilinər....