Saytımızda axtarın

     MENU
YASİN SURƏSİNİN TƏFSİRİ

Yasin surəsinin təfsiri - 14

Yasin surəsinin təfsiri (14-cü dərs)

 

“İn kanət illa səyhətən vahidətən fəiza hum cəmiun lədəyna muhzərun”

Allah-mütəal bu ayələrdə Qiyamətin məsələlərinə işarə eləyir. Buyurur ki, Qiyamət olanda olmayacaq bu iş məgər bir dənə fəryadnan “in kanət” olmayacaq, “illa səyhətən vahidətən” Məgər bir fəryad “fəiza hum” vəxti bu bir fəryad oldu birdən onlar hamısı “cəmiun lədəyna muhzərun” hamısı bizim yanımızda ehzar olunacaqlar. Yığışacaqlar, hazır olunacaq onlar. Bilirsiz ki, Qiyamətdən əvvəl bir “seyheyi imatə” var o fəryad ki, tamam yer üzündə hər nə var öləcək, hamı Bərzəxə köçəcək ki, bunları qabaqkı ayələrdə ərz elədik. İndi hamı Bərzəxdən Qiyamətə gələcəklər bir “seyheynən” yenə bir fəryadnan, bir şeypurun çalmağıynan. Birdən hamı qəbirlərdən duracaqlar, Bərzəx aləmi qurtulacaq və Qiyamət aləmi başlayacaqdır. Qiyamət aləmi bununla başlanır ki, hamı Allahın yanına gələcəklər. Quran bu ki, hamı Allahın yanına gələcəkdi, özü də birlikdə “cəmiən muhzərun” Ayrı ayələrdə də buna işarə eləyibdi. “Ya əyyuhəl insan innəkə kadihun ilə rəbbikə fə mulaqih”  sureyi İnşiqaqda buyurur ki, sən Allahına tərəf çalışmaqnan hərəkət eləyirsən.  “fə mulaqih”  Bir gün görüşəcəksən mulaqat eləyəcəksən.

Bu ayədə bir əlbətdə bir incə nöqtə də var əlavə. O da budur ki, insan ta Allahın görüşünə qədər, ta Qiyamət gününə qədər var. Dəyişilir aləmi, özü yox olmur “Ya əyyuhəl insan innəkə kadih”, kədhən”  sən hərəkətdəsən, çalışmadasan, zəhmətlə gedirsən ta liqahullahacan, ta Qiyamət günündə Allahla görüşəsən. insan heç vaxt yox olmur. Ölüm də bu mənaya deyil ki, insan Bərzəxə köçəndə öldü, yəni yox oldu. Ölümün də mənası budur ki, insan dünyasını dəyişdi, aləmini dəyişdi.  O ayə konkret bunu göstərir, insan ta Allahın görüşünəcən var, hərəkətdədi, çalışmadadır ta yetişir Allahın görüşünə. Bu ayədə buyurur ki, hamınız asimani “seyhə” bir fəryadı olan şeypur çalınanda hamınız gələcəksiniz Mənim yanıma. “Muhzərun” ehzar olunacaqsınız hamınız bir yerdə ki, bunun adına deyərlər “seyheyi eyha”, yəni diriltmə şeypuru.

Yaxşı, indi məlumdu hamı yığılacaqdı əmalına hesab vermək üçün. hamı bir-bir hesabi əmalına yetişiləcək. mümkündü bir dənə burda insanın zehninə belə bir şey gələ, şübhə gələ ki, mümkündür Allah-mütəal dünyadakı bir sıra hakimlər kimi, dünyadakı bir sıra şəxslər kimi başqasına zülm eləyə, məhkəmədə düz qərar çıxartmaya. Buyurur, Biz o cür deyilik. “Fəl-yəvmə la tuzləmu nəfsun şəy`ən” Heç bir insana zülm olunmayacaq,  heç bir balaca şeydə  “şəyən” kiçik bir şey də olsa, zərrəcə də olsa ona zülm olunmayacaqdı. Niyə zülm olunmayacaqdı illətin deyir, çünki zülm olmağa yeri yoxdur ki. Zülm orda olar ki, sənə mücazat verəndə, cəzalandıranda cəzaynan əməlinin uyğunluğu olmaya, yəni o günahına cürmünə, o səhvinə uyğun sənin beləsindən cəza almadın. Bu etibarı qərarlaşma bir qanunlarda olar. Burda imkanı var deyək ki, bu çox oldu cəza ya az oldu.

Bəs bir cəza bu qərarlaşma dünyəvi cəzalardı ki, burda filan səhvə, filan günaha, filan cinayətə  belənçi bir cəza vardı. Cinayətnən cəza gərək uyğun ola. Cinayətnən cəza uyğun olmasa zülm olar. Amma bu o vaxt ki, bizim dünyada cinayətnən cəza ayrı şeydi. Bir növ cəza da var əsərdi, təbii əsərdi, elə o işin təbii əsəridi. O cəzada uyğunluq da mənası yoxdur. Məsələn deyirik filankəs zəhər yedi. Zəhərin təsiri budur ki, insan bədənində dəyişiklik  yaranar və ölər. həlak olar. Filankəs filan kimyəvi maddədən faydalandı onun istər-istəməz əsəri vardı. O işin bu cəzaynan, bu nəticəynən uyğunluğu vardı və bu uyğunluq da qərarlaşma deyil, Bizim əlimizdə deyil. Bu elə bu işin xasiyyətidi, işin öz daxili təsiridi, daxili izidi. bəs cəza və cinayət, cəza və əməl. Bir cəza və əməl prosesi də vardı ki, insanın elə cəzası əməlidi. Bəzən biz bilmirik günah oddu qazanmışıq. Vəxti Qiyamət günü “yəvmə tublə səriar” içərilər aşikar ola insan görər ki, öz gördüyü əməllərdi, odluğunu hiss eləmirdi, ləzzətini hiss eləyirdi. O eşik tərəfini görürdü, içəri tərəfini görmürdü. Əmirəlmöminin Əli (ə) buyurur: bəzən insan ilanın eşiyini görər, içərisini görməz. İlanın eşiyi lətifdi və yumşaqdı, içərisi zəhərdi. Zəhəri görməz, yumşaqlığı görər. Günahın cazibəsin, o müvəqqəti ləzzətin görər; içərisindəki odu, zəhəri görməz. Bəzən əməlin özü zəhərdi, əməlin özü oddu bunu insan hiss eləməz. Əmirəlmöminin xilafətə yetişdi, xilafətə çatanda beləsinə bir halva gətirdilər. İmam qəbul etmədi, dedi bunu dünən niyə gətirməmişdin, bu gün niyə mən xəlifə oldum gətirdin?  O da başladı bir sözlər deməyə. İmam buyurdu ki, aya özünün əqlin işdən düşüb, ya mənim əqlimi fikirləşirsən işdən düşübdü?  “əmuxtəbitun əntə”  Aya, sən özünün əqlini itirmisən, ya fikir eləyirsən mən əqlimi itirmişəm. Bilmirsən bu ki, mənə gətirdin, bu rüşvəti ki, mənə verdin bilmirsən ki, bu nədir?  İmam orda bir cümlə ifadə eləyir, görürsən günahın mahiyyəti nədir? Buyurur, o ilan ki, qaytarar, istifrağ eləyər xörəyi qaytaran ilanın o qaytarılmışıdır bu halva. Zahiri halvadı, içərisi odu.

Əməl elə cəzanın özüdü, cəza əməlin özüdü. Burda daha ədalət və zülm məhfumun itirər. Eyni ədalətdi sənin öz əməlini sənə verərlər. Əslən Quranın qanunlarından biri budur ki, keçmiş ayələrdə də geniş izah elədik, biz onların əməllərini yazırıq, əməllərini saxlayırıq, əməllərini qoruyuruq. Əməldi sənin cəzan, əməl oddu içəridə od yanar; əməl gülüstandı içərində gülüstan yanar. Düzdür Allahın ayrı mükafatları da var. ayrı cəzası yoxdur, ayrı mükafatları da var. Sənə mümkündü Allah fəzlindən on qat da savab verə, ayrı fəzilətlər də verə, amma bu əməlinə uyğun fəqət o gördüyün əməldi. Buyurur ki, “Fəl-yəvmə la tuzləmu nəfsun şəy`ən” heç bir şəxsə zülm olunmayacaq bu gün. Niyə zülüm olunmayacaq? “və la tuczəvnə illa ma kuntum tə`məlun”  Çün cəza verilməyəcək. Cəza ərəb dilində mükafata da aiddir, elə cəzalandırmağa da. İkisinə də cəza deyərlər. “la tuczəvnə” Yəni mükafat da olunmayacaq və cəzalanmayacaq da. “illa ma kuntum tə`məlun” Məgər o ki, əməl eləmirsiniz, sizin əməliniz özü cəzanızdı. əməliniz özü sizin mükafatınızdı. ona görə burda da zülm olunmayacaq. Bu qabaqkı cümlənin sübutudur. Niyə zülüm olunmayacaq axirət günü? Çün axirət günü qərarlaşma, cinayət və cəza yoxdur ki. Dünyada cinayət və cəzanın qərarlaşma sistemi var. Mümkündür bir yerdə zalimanə cəza ola. Zalimcəsinə cəza quralar, amma axirətdə əməlin sənin cəzadı, əməlin sənin mükafatdı.

Davamında buyurur ki “İnnə əshabəl-cənnətil-yəvmə fi şuğulin fakihun.” Bilirsiz ki, insan iş ki, dünyada görür o cümlədən ki, işlərində gərək diqqəti ola, o da budur ki, işinin aqibətini fikirləşə. Bu iş mənə hansı aqibətə, hansı nəticəyə yertirəcəkdi? Bəzi insanların işləri yetirir cəhənnəmə, yetirir bədbəxtçiliyə; bəzi insanların işləri yetirir cənnətə, yetirir nemətə, yetirir Allahın razılığına. İnsan aqibət məsələlərində fikirləşməlidir. Aqibət fikirləşilirsə, işin axırı fikirləşilsə insan çoxlu günahlardan özünü qorumalıdır. Buyurur baxın aqibət belədir  “İnnə əshabəl-cənnə” Cənnət əshabəsi onlar ki daha cənnətə düşdülər bunlar  “əl yovm”  bu gün “fi şuğulin” məşğuldular “fakihun”  sevinirlər şaddılar. “Fakeh” yəni şaddılar nemətdən nemətlənirlər.

Bilirsiz ki insan vəxti ki bir şənlikdə məşğuldu daha ayrı bir məsələlər zehnindən çıxar.  Bilirsiz ki, Qiyamətin özünə qalmış və Qiyamətin əvvəli dəhşətlidir, Qiyamət günü vəxti zəlzələ olacaqdı, Qiyamət gününün hesabının dəhşəti hamını tutacaq. Amma bunlar vəxti behiştə girdilər hesablar düz oldu pak oldu əməlləri Allah bunları behiştə apardı, Behitdə o qədər məşğuldurlar nemətə daha bir mənası budur ki, kinayə mənası budur ki, unudacaqlar  daha o keçmiş əzablar, keçmiş narahatçılıqlar, keçmiş nigarançılıqlar ki, Qiyamət günü hiss eləyirdilər. O gün  dəhşətə gəlmişdilər axı. Deyir, behişt o dəhşəti  unutduracaqdı. Bunlar “əshabəl cənnəh əl yovm” bu gün “fi şuğulin” məşğuldular  Yəni daha nigarançılıqlarına daha yoxlarıdı, narahatçılıqları yoxlarıdı.

Davamında buyurur ki, “Hum və əzvacuhum fi zilalin ələl-əraiki muttəkiun” Bunlar və yoldaşları “yuəzvac” yəni o xanımlar ki, bunlarla behiştə gedəcəklər, insanın öz həlalı pak olsa, behişt əhli olsa axirət də onunla bahəm yaşayacaq. “Əzvac” bir də huril eynlərdi ki, bir sıra insanlar əgər ailələri, yoldaşları napakdırlar, behiştə getməsələr , behiştə də getsələr Allah-mütəalın nemətlərindən biri behişt əhlinə huril eyndir ki, ailə kimi, həyat yoldaşı kimi behiştlilərə veriləcəkdir. Buyurur bunlar və bunların həyat yoldaşları bunlar ikisi bir yerdə “fi zilalin”. Bunlar cənnətdə oturacaqlar, “fi zilalin” kölgəliklərdə, istər ağacların kölgəliklərində, istərsə qəsrlər, sarayların kölgəliklərində rahat şənlik eləyəcəklər. “ələl əraiki” təxtlərin üstündə, stolların üstündə, mebellərin ütündə “muttəkiun” söykənəcəklər.  Bunlar söykənəcəkli halda bu həm maddi nemətlərdən, həm mənəvi nemətlərdən bunlar istifadə eləyəcəklər.

“Ləhum fiha fakihətun” Bunlar üçün “fiha” bu behiştdə meyvələr vardı “və ləhum ma yəddəun”  Bunlar üçün hər nə istəsələr “yəddəun” yəni nə tələb eləsələr.

Bilirsiz ki, Quran nemətləri üç səviyyədə danışıbdı. Bir səviyyədə nemətlərin adını çəkibdi.  Meyvələr var, südlər var, o sudu, bal südüdür, çaylar axır bu ad çəkibdi bir sıra nemətlərin. İkinci budur ki, “fiha ma yəştəhil ənfus” “ma təştəhil ənfus”  “fiha ma yəştəhun” Orda nə istəsələr burda da buyurur  “ma yəddəun”  nə tələb eləsələr. Bəs ikinci səviyyə də budur ki, yox ad çəkmədik, mümkündü süfrələrinə də əvvəldə gətirmədik amma nə zakaz versələr, nə istəsələr biz onu gətirrik belələrinə.

Hətta Quran buyurur ki, “yufəccirunəha təfcira”  Bir sıra çeşmələr var axır “cənnətin təcri min təhtihəl ənhar” Ənhar var, çaylar axır mövcuddur, vardı bunlar Behiştə girəndə, cənnətə girəndə bu çaylar axır. Amma mərhum Əminul İslam Təbərisi “Məcməul bəyan” təfsirində buyurur ki, “yufəccirunəha təfcira” nın  mənası budur ki, insan öz iradəsiylə çay axıtdıracaqdı, bir yerdə sevəcək burda bulaq gəlsin, burdan da çay axsın. Burda insanın iradəsi, insanın istəyi ki, çay axızdıracaq və bulaq gətirtdirəcəkdir. Bəs bir sıra bulaqlar var hazırdır, çaylar var hazırdır , bir də “yufəccirun” O insanlar özləri bunu bulağı icad eləyəcəklər, bu çayları icad eliyəcəklər və inşa eləyəcəklər öz iradələriynən, nəinki beli götürəcəklər qazsınlar çay gəlsin ya axsın. Yox iradə eləyəcəklər  “fiha ma yəddəun”  Bir nümunəsi mərhum Əminul İslamına görə nümunəsi bulaqlardı. Bəs ikinci səviyyə - insanın istəyidir. Üçüncü səviyyə ki, bir sıra ayələrdə var, buyurur “lədəyna məzid”  Bizim yanımızda onların istəklərindən, onların sevdiklərindən, onların tələb elədiklərindən də artıq var. Bəs bir sırasını hazır qoyacağıq, bir sırasını istəklə, zakazla verəcəyik, bir sırasını da əslən biz özümüz əlavə gətirəcəyik sürpriz olaraq. Yəni əslən xəyal eləmirlər, təsəvvür eləyə bilməzlər “lədəyna məzid”  .....

 

OXŞAR VIDEOLAR