Saytımızda axtarın

     MENU
YASİN SURƏSİNİN TƏFSİRİ

Yasin surəsinin təfsiri - 16

Yasin surəsinin təfsiri (16-ci dərs)

 

“Ələm ə`həd iləykum ya bəni Adəmə ən la tə`buduş-şəytanə innəhu ləkum əduvvun mubin”

Ayədə buyurur: Mən peyman bağlamadım sizlə, ey adəm övladı ki, şeytana ibadət etmiyəsiz. Peyman bəziləri məna eləyiblər aləmi zərridəki peyman. İnsan dünyadan əvvəl zərrəcik olaraq bütün insanlar “ələst” aləmi, “zərr” aləmi deyərlər orda Allahla peyman bağlayıbdır. Bəziləri ayəni belə məna eləyiblər ki, aya mən sizlə peyman bağlamadımmı aləmi zərridə, aləmi ələstidə ki, şeytana ibadət etməyəsiniz. Mərhum Əllamə bu izahı bu ayə üçün şiddətlə rədd elyir. Buna görə ki, peymanın xeyri o vaxt ki, insanın yadında qala. Vəxti bir peyman insanın yadında deyil , onu nə cür onunla mübahisə eləmək olar, ona höccət gətirmək olar, ona sübut gətirmək olar, onunla ehticac və huccət eləmək olar. Ona görə buyurur burda əhdidən məqsəd dünyadır, axirət hələ olmayıb. Dünyadan əvvəl deyil ki, o da yadımızda deyil. İndi zərr aləmi hər nə mənayadı bizim yadımızda deyil. Onun əsasında Allah-mütəal bizdən indi təklif alammaz, çün unudulmuş təklif dairəsinə girməz. Ona görə Əllamə buyurur: “ə həd” yəni sizə tövsiyə elədik, yəni siznən dünyada peyman bağladıq. Allah-mütəal dünyada nə forma peyman bağlayıb insanla, bəşərnən. Allahla insanın arasında üç dənə model peyman var dünyada.

Üç dilnən Allah insanla danışıb, ayrı ifadə ilə desəm bir fitrət diliynən. Bəzi işləri Allah insanın fitrətində qoyub. İnsan həqiqətpərəstliyi, pərəstiş hissi, paklıq hissi “və nəfsin və ma səvvaha fəəlhəmaha fucurəha və təqvaha” And olsun nəfsə, cana və o canı yaradana ki, o canda pisliyi və düzlüyü dərk eləməyin qüvvəsini Allah-mütəal  qərar verib “fəəlhəmaha fucurəha və təqvaha”  Bu fücur və təqvanı insanın fitrətində Allah-mütəal qoyubdu.

“Ələm ə`həd iləykum ya bəni Adəm” Aya sizin fitrətinizdə qərar verməklə sizlə peyman bağlamadıq ki, şeytana itaət eləməyin?  Bir – fitrət dili.

İkinci məna ki, burda Allah-mütəal insanla danışıb dünyada - əqldir. İnsan əqlə malikdir, əqliynən düşünər ki, aydın düşmənlə təbəiyyət eləməzlər, aydın düşmənə itaət eləməzlər, aydın düşmənə ki, şeytan olar pərəstiş eləməzlər. Əql də bunu deyir. Bəs sizə əqli verməklə  “Ələm ə`həd iləykum” Əqlinizlə fikirləşin. görün biz sizə demirik əqlinizin diliynən. əql də dinin dillərindən biridir. Necə fitrət dinin dilidir, əql də dinin dilidir və nəql də dinin dilidir. Nəql də yəni rəvayətlər peyğəmbərlərə göndərməklə, vəhylə. Biz vəhy də elədik peyğəmbərlərimizə, onlara səmavi kitablar verdik ki, şeytandan uzaqlaşın, şeytan sizin aydın düşməninizdir. Bəs Allah-mütəal üç dilnən bizlə danışıb, biznən peyman bağlayıb. Bir – fitrət dili ilə; iki - əql ilə; üç – peyğəmbərləri göndərməklə, vəhylə. Bunlarla Allah-mütəal biznən danışıbdı ki, şeytan sizin aydın düşməninizdir.

Maraqlı nöqtə ayədə budur ki, Allah-mütəal “cəmaət” sözü işlətmir, “nas” sözü işlətmir. “ya bəni adəm” “Ələm ə`həd iləykum ya bəni Adəm”  Çünki adəm və övladi adəmiynən şeytanın düşmənçiliyi var. Adəmə görə şeytan rəcim oldu, cənnətdən qovuldu, Allahın dərgahından uzaqlaşdı, çün istikbari bilindi, eqoistliyi üzə çıxdı və səcdə etmədi Adəmə. Və bu səcdə etməmək xatirinə Allahın dərgahından qovuldu və uzaqlaşdı və bu kini,  ədavəti Adəmə adəmin zürriyəsi və bəni adəmə də sirayət elədi. Ona görə “bəni adəm” bilin ki, şeytan adəm və bəni adəmlə düşməndir. Özü də bilirsiz bu heç vaxt sizin dostluğunuzu istəmir, heç vaxt sizin nəsihətinizi, xeyirxahlığınızı istəmir və həmişə istəyir sizə səvar olsun, sizdən səvari alsın.

Quran İsra surəsinin 62-ci ayəsində bir incə maraqlı nöqtəyə işarə eləyib. Buyurub ki, “lə əhtənikənnə zurriyyətəhu in la qəlilən” Vəxti aydın oldu ki, şeytan möhlət aldı, ondan sonra deyirlər “lə əhtənikənnə” “ehtinak” yəni səvari olmaq, minik almaq. Bir heyvanın cilovunu əlinə alasan, minəsən heyvanı sürəsən buna deyərlər “ehtinak”. “lə əhtənikənnə” yəni biz insanlara səvar olub, minib bunların cilovlarını əlimizə alacağıq, şeytan deyir. Yəni mən xeyirxah deyiləm ona, məqsədim ondan minik almaqdı, məqsədim ondan səvari olmaqdı və bu ayələrdə işarə olubdu       Şeytan istəyir insan bədbəxt olsun, istəyir insan dünyada xəlifətullahlıq məqamına yetişməsin. Dünyada o məqsəd ki, Allah-mütəal insanı o məqsəd üçün yaradıbdı, o məqsəddən qalsın. Buyurur: “ya bəni Adəm” 

üçüncü nöqtə də bu ayədə “ən la tə`buduş-şəytan” Sizlə əhd bağlamadım ki, şeytana ibadət etməyin. İbadətdən məqsəd burda itaətdi, şeytanın sözünə baxmaqdır. Çün şeytanpərəst o zaman ki, bu ayələr nazil olubdu yox idi. Məqsəd ibadətdən itaətdi. Yəni şeytanın sözlərinə, göstərişlərinə baxmayın. Çün insan hansı natiqin sözünə qulaq assa, danışanın sözünə qulaq assa nə bu xatirə ki, araşdıra haqqı götürə. Bu xatirə ki, ona tabe ola ona ibadət eləyibdir.

Ona görə deyir siz şeytana itaət eləməyin, şeytanın sözünə baxmayın, çün o heç vaxt sizin xeyirxahlığınızı istəməz, heç vaxt sizin aqibətinizin xoş olmağını istəməz. “Və əniibudunu” istəyirsiniz itaət eliyəsiniz, ibadət eliyəsiniz Mənə ibadət eləyin. Allah-mütəal buyurur: “ənibuduni” Mənə ibadət eləyin, şeytanın sözünə baxmayın, Mənim sözümə baxın, “haza siratun müstəqim” düz yol budur.

Bilirsiz ki, Quran bir termini var Sirat barəsində. Sirat Quranda cəm bağlanmayıbdı. heç vaxt gəlməyib Siratlar. “Səbil” cəm bağlanıbdır yollar, “sobul”, “sobuləna” çünki Sirat o əsas yola deyərlər ki, bir dənə olar. İnsan əgər bütün varlığı ilə düz yolda olsa o Siratdadır. Amma bir sıra işləri düz yolda ola, dodağı, dili düz yolda ola, gözü düz yolda ola, qulağı düz yolda olmaya, namaz qıla, oruc tutmaya, başqa günahlar eləyə bunlar səbillərdə bəzisində səbilillahdadır, bəzisi yox. Amma Sirat o vaxti ki, tamam varlığı insanın Allah tərəfində ola. Deyir Mənə ibadət eləyin, Mənim sözümə baxın. Mənim sözümə baxsanız bu düz yoldur. Quran Sirat bəhsində çoxlu nöqtələri vardı. Mərhum Əllamə bu sözləri Fatihə surəsinin Sirat ayəsində “ihdinəs siratəl müstəqim” ayəsində geniş gətiribdi. Bəzi nöqtələr budur ki, əvvələn insanın yolu var. Belə deyil ki, dünyada insan hər iş görə məqsədə yetişə. İnsanın bir aydın yolu var, bir yolu var, o yolda hərəkət eləməsə məqsədə yetişməz. Özü də bu yol müstəqimdir, nə buruq-buruq yoldu, nə qət olunmuş yoldur; yəni insan bir yollar vardı əyri yollardı, buruqlar gedər yetişər. Bu cür də deyil ki insan mümkündür bir günlük yolu on gündə gedə. Bir yollar da var ortaları qət olar, qırılar, o cür də deyil. Bu yol ki, Allah-mütəal insanı məqsədinə aparır din ilə, həm buruq-buruq yol deyil, insanı ən minimum enerjisiynən aparır və həm də yolda qət olmur. Düzdür vəsl olub bir-birinə. Digər nöqtə Sirat barəsində budur ki, yol iki cür olar. Bir üfüqi yol var ki, insan maşınla, özü ayaqla yeriyir-üfüqüdür. Bir şaquli yol var insan çıxır yuxarıya. Məsələn, aeroportda təyyarə vəxti çıxır, bu çıxan vaxtı gedir yuxarıya, buna deyərlər şaquli yol.

Qurandan belə çıxır ki, insanın yolu üfüqi yol deyil, insanın yolu şaquli yoldur. İnsan Siratda o vaxt olur ki, günbəgün yuxarıya çıxar. Vəxti günbəgün yuxarıya çıxır o Siratdadır. Sirat əslən insanın yolu dünyada yuxarıya çıxma yoludur, nə eninə hərəkət eləmə yoludur.

Bu bir nöqtə. Digər nöqtə Siratda budur ki, insan bəzən maşındı ki, bu gedir, yol ayrıdı, maşın ayrıdı ki, birinə deyərlər “təriq”, birinə deyərlər “salik”-gedən. Mən gedirəm bu yolda, mən “salik”əm. Bu yolnan ki, gedirəm bu yol “təriq”di. Bəs, bir yol var, bir yolu gedən var. Amma insan da Sirat bəhsində insan özü öz içərisində böyüyür. Yolnan gedən eynidir sən öz içərində gedirsən yuxarıya. İnsan üç sahədə yuxarıya gedər: bir əxlaqdır, bir əmaldır, bir əqidədir. İnsan getdikcə əqidəsi paklaşar, əqli yuxarıya gedər, bəzi zadlar bilmirdi bilər, bəzi zadlar əqidəsi yox idi əqidə tapar, iman tapar Allaha, peyğəmbərə, məada, Qiyamətə bu əqidə də yuxarıya çıxmaqdı. Bəzi zadlar da əxlaqdadı, insanın bəzi xasiyyətləri var içərisində o xasiyyətlər yuxarı çıxmalıdır. İndi tez əsəbiləşir, tələsəndi, xəsisdi, bədbindi nikbinliyə çevrilə. əlaçıqlığa çevrilə, səbirliyinə, dözümlüyünə çevrilə. Çevrilmə eninə hərəkət etmək deyil.  Bu tələsmədən çevrilə dözümə, bu bədbinlikdən çevrilə nikbinliyə, bu içəridə yuxarıya getməkdi – bu Siratdır. Xülqüdə, əxlaqda, xasiyyətdə yuxarıya getməkdi – bu ikinci. Üçüncü məsələ insan əməllərində də insan bəzən əyri əməllər görər oğurluq eliyər, qeybət eləyər, əyri işlər görər bunlarda insan hərəkət eliyə çıxa yuxarıya. Daha oğurluq eləməyə, insan öz haqqına qane ola, bəzən öz həqqini də başqasına fədakarlıq eliyə. Bunlar əməldə yuxarıya çıxmaqdır. Bəs Sirat ki, Quran insan üçün deyir o Sirat üfüqi deyil, şaqulidir. O Sirati ki, vardı o Siratda gedən yolnan eynidir. İnsan özü içində böyüyür öz içində əxlaqını düzəltməknən, öz içində əqidəsini düzəltməknən, öz içində əməllərini düzəltməknən onlarla gedir yuxarıya və gedir yuxarıya deyir bunun istəsək tam xırdalığını deyək bir cümləynən “ənibuduni”. Mənə tabe ol, Mən sənin Siratını təmin eləyərəm. Sən Mənə tabe olmaqnan çıxarsan yuxarıya. Dinə tabe olmaqnan, Allahın sözlərinə baxmaqnan insan gedər yuxarıya. İnsan Siratda hərəkət eləyər. “Ənibuduni” Mənə ibadət eləyin, Mənə itaət eləyin. “haza siratun müstəqim” müstəqim yol budur. O birisi yollar səni yarımçıq da qoyar, o birisi yollar səni buruq-buruq yollara salar. İnsan qeyri din, qeyri vəhy, qeyri Allaha itaət eləsə ya yolda qalar, ya yolda qalmasa da, çatar nə qədər neçə müddət uzun getməknən, neçə qət həzinə məsrəf eləməknən və o yolu ki, insan bir gündə getməlidir bir ildə gedər “və ənibuduni haza siratun müstəqim”

Buyurur ki, “Və ləqəd əzəllə minkum cibillən kəsirən” Həqiqətən “əzəllə minkum” azdırıb sizdən “cibillən kəsirən” çoxlu camaat. “cibilli” yəni camaat. Bəziləri deyirlər “cibilli” yəni on mindən çox. Burda ədəd məsələsi yoxdur, çoxlu camaatı sizdən azdırıbdı. Siz tarixşünassınız tarixi oxuyun, əgər tarixşünas deyilsiniz tarixi kitabları mütaliə eləyin, keçmişlərdə görün kimləri nədən-nəyə salıb şeytan. Əgər tarixi mütaliə eləsəniz, əgər keçmişlərin həyatına baxsanız görərsiniz çoxlarını azdırıbdı. İndiki dövrümüzdə də insanlar ki, ətrafınıza baxsanız görərsiniz ki, şeytanın felinə uyanlar, şeytanın vəsvəsəsinə tabe olanlar aldanıblar və axırları nə olubdu.

“əfələm təkunu tə`qilun” Aya, əqlinizi işə salmırsız, ağıllı düşməninə tabe olar?.....

 

OXŞAR VIDEOLAR