Saytımızda axtarın

     MENU
YASİN SURƏSİNİN TƏFSİRİ

Yasin surəsinin təfsiri - 17

Yasin surəsinin təfsiri (17-ci dərs)

“Hazihi cəhənnəmul-ləti kuntum tuədun.  “İsləvhəl-yəvmə bima kuntum təkfurun.”

Buyurur, bu həmin cəhənnəmdi ki, sizə vədəsi verilmişdi. Bu cəhənnəmin xəbəri sizə peyğəmbərlərin dili ilə, vəhy vasitəsilə sizə deyilmişdi. “Tuədun” həm vədə sözündəndi, həm iad sözündəndi. Vədə o vaxt işlənər ki, xoş xəbər olar; iad o vaxt işlənər ki, bəd xəbər ola, pis xəbər ola. Buyurur: bu xəbər ki, cəhənnəmlə sizi qorxutmuşduq və cəhənnəmin Qiyamət günü insanlar hesabdan sonra əgər cəhənnəm əhli oldu ora varid olacaqlar demişdik. İndi budur “hazihi cəhənnəm” Bu cəhənnəmdi ki, “kuntum tuədun”

 Bu ayədə 2-3 dənə nöqtə var. Biri budur ki, “kuntum tuədun”, sizə hey deyilirdi, xəbəri verilirdi, qorxudurduq sizi hey. Yəni bir dəfə deyib daha qurtulsun deyildi. Bəzən insan başqasına bir dəfə söz deyər, daha onu dilinə gətirməz. Amma buyurur “kuntum”. “Kuntum” yəni belənçi var idiniz, siz yəni müstəmir, ardıcıl “tuədun” vədə verilirdiniz, xəbəri sizə deyilirdi. Hər peyğəmbər gəlirdi sizə Qiyamətdən danışırdı, cəhənnəmi deyirdi. Peyğəmbərlər özləri də hər etapda bir danışırdılar, hər mərhələdə cəhənnəmdən danışırdılar. Qurana baxsanız min ayədən çoxu Qiyamətdi. Allah-mütəal hər səhifədə sizə cəhənnəm odu, behiştdən danışıbdır. Bəs biz ardıcıl olaraq peyğəmbərlərimizi göndərməknən sizə demişik, bir dəfə də deməmişik deyəsiz unutduq. Hey demişik. Siz də belə deyil ki, məsələn bir dəfə danasınız, siz də həmişə danmısınız. Ayənin davamında göstərilir ki, “İsləvhəl-yəvm” bu gün daha girin bu cəhənnəmə, oda girin, daxil olun bu oda. “bima kuntum təkfurun.” ardıcıl danmaqlarınıza görə. ardıcıl haqqı örtməklərinizə görə. Biz ardıcıl deyirdik, siz də ardıcıl danırdınız. Bəs belə deyildi ki, bir dəfə demişik və belə deyildi ki, siz bir dəfə danmısınız. Biz həmişə deyirdik. siz də həmişə danırdınız. Yəni höccət tamam olmuşdu, yəni biz nəhayət nə qədər bacarırdıq sizə deyirdik, bu gündən sizi xəbərdar eləyirdik, siz də bacardığınız qədər danırdınız. Bu bir nöqtə.

İkinci məsələ “hazihi cəhənnəm”dən mərhum Əllamə bir incə nöqtə istifadə eləyibdi. O da budur ki, bilirsiniz ki, bizim iki cür cəhənnəm varımızdır və bu Quranın əcib ayələrindəndir ki, insan iki cür cəhənnəmlə üzbəüz olacaq. Bir sabit cəhənnəmdi ki, hərəkət eləmir. İndi yer ki, mənqul sayılmaz, mənqul, ticarət və iqtisadiyyatda bir mübahisələr var, o malları iki yerə bölərlər. Bir mallar ki, daşıyıcı mallardır-daşıyarlar. Məsələn kitab, maşın, ruçkadı, meyvələrdi, bunlar daşıyıcı mallardır. Bir mallar da var sabit mallardır, qeyri-mənquldur, daşımaq olmaz belələrini. Məsələn, yer. Yeri daşımaq olmaz ki, mənqul mal deyərlər, qeyri mənqul, daşıyıcı, qeyri daşıyıcı. Quran deyir iki cür cəhənnəm varımızdı. Bir cəhənnəm var ki, yerdi. Yer daşıyıcı deyil ki. Amma bir ayələr də var Biz cəhənnəmi gətirəcəyik, zəncirləyib cəhənnəmi gətirəcəyik. Və bu ki, zəncirlənib cəhənnəmi gətirəcəyik, yəni bir cəhənnəm də vardı, Qiyamət günü gətiriləcəkdi, mənquldu, daşıyıcıdı. Daha bizim əqlimizdən bu yuxarıdır ki, bu cəhənnəm ki, daşıyıcıdır. Mərhum Əllamə bu ayənin izahında “hazihi cəhənnəm” “əlləti kuntum tuədun” Deyir bu işarədir buna ki, cəhənnəmi ehzar eləyəcək Allah, yəni hazır eləyəcək Allah. Hazır eləyəndə deyəcək bu bax cəhənnəmdi gördünüz bunu. Elə bil sən kitabxanandan kitabı götürürsən kitabı göstərirsən, deyirsən bu kitabı deyirdim oxuyun. Bu işarədi bu ayə o daşıyıcı cəhənnəmə ki, bu insanın indiki əqlindən yuxarıdır, nəinki ziddi əqldir; əqlindən yuxarıdır ki, vəhyi deyir ki, bir cəhənnəm də var ki, daşıyıcıdır. Bir cəhənnəm də vardı ki, nəql olur ordan bu yana gətirəcəklər. Bəs bu o cəhənnəmdi ki, ardıcıl sizə xəbərin verirdik. “İsləv” – sələyə sözündəndir. “Sələyə” ərəb dilində bir mənası varid olmaqdır, daxil olun bu cəhənnəmə, girin bu cəhənnəmə. Bu cəhənnəmlə həmrah olun, birləşin bu cəhənnəmlə. Bilirsiz ki, cəhənnəm bəhsi Quranda əcib nöqtələri var içində. İnsan bir yandırıcı yerdə bir - o ilk spiçkadı onunla alovu başlayarlar. Sonra o alovu vurarlar, məsələn oduna. Odun yanar – bu iki. İndi nəyi yandırırsan orda o – üşüncü. Bəs hər odda üç hissə var. O ilk maddə ki, onunla şölə vurursan, onunla qığılcım yaradırsan, onunla od inşa eləyirsən; odu nəyə vurursan məsələn oduna; nəyi yandırırsan məsələn adamı – üç dənə.

Bəziləri Quran deyir “və qudəhən nasu vəl hicarə” Bəziləri elə cəhənnəmin alışdırıcısıdır. Cəhənnəm onnan başlayacaq yanmağa. “və qudəhən nasu vəl hicarə” Quran Bəqərə surəsində deyir: bəzi insanlar “vəqud”dular. “Vəqud” yəni “ma yu qədu beh” yəni onun vasitəsilə alov başlayar yanmağa. Bir sıra insanlar belədirlər. Bir sıra insanları Quran buyurur ki, bunlar “əmməl qasitun fə kanu li cəhənnəmə hətəba” Zalimlər cəhənnəmə odundurlar, bəs odun da var. Bir sıra insanlar da cəhənnəmə girəcəklər yansınlar. Cəhənnəmin ilk maddəsindən də insan var, cəhənnəmin odunundan da insan var. Cəhənnəmə girib yanan da insan vardı. İnsanlar küfr dərəcələrinə, o əxlaqa uyğun olmayan əyrilik dərəcələrinə uyğun bu cəhənnəmdə yanacaqdır. Əqidəsi nə qədər uzaqdı, Allaha nə qədər uzaq olubdu, nə qədər danıbdı, nə qədər zülm eləyibdir o zülmünə uyğun, danmağına uyğun, bunlara uyğun imandan nə qədər uzaqlaşıbdı ona uyğun bir mərahil vardır. Bəziləri “vəqud”dular, bəzilər “hətəb”dilər, bəziləri daxil olacaqlar cəhənnəmə. “Vəqud” o ilk alovundan başlanan. “hətəb” yəni odun, daxil olma da ki, girəcəklər orada yanacaqlar. Bu bir nöqtə cəhənnəm barəsində.

Cəhənnəmin odu Quranın baxımında iki cürdü: bir insanı eşikdən yandırar, ayələrdə var “yəslən nar” oda girirlər. Vaxti ki, Bunlar girdilər oda, od bunun əvvəl dərisini yandırar, ətini yandırar içəriyə girər. O eşikdən girər içəriyə. Bir od var cəhənnəmdə Quran buyurur “əlləti təttəliu ələl əfidəh”  O  od ki, içəridən çıxacaq eşiyə. əvvəl qəlbi yandıracaq, sonra   sümüyü,   əti, sonra dərini. Bəs iki cür yanma vardı. Bir yanma var  eşikdən içəriyə, bir yanma var içəridən eşiyə. Çün insanlar iki cür günah eləyərlər. Bir sıra günahlar var insan eşikdən başlayar: əlini naməhrəmə verər, əliynən özgəyə zülm eləyər, əliynən oğurluq eləyər, eşikdən günah eliyər gedər içəriyə. Bir sıra günahlar var insan içəridən başlayar:  birinə bədbinliyi var, birinə həsadəti var, paxıllığı var bunu içəridən başlayıb eşikdə qeybət eləyər, bunu içəridən başlayıb eşikdə iftira eləyər. Allahı danır və bu sair bir şeylər ki, bu içəridədir, qəlb günahıdır. İnsan günah eləməknən od yığır. Bəzən bu odu eşikdən başlayır içəriyə aparır, bəzən içəridən yandırır eşiyə aparır. Hər ikisi də insanda odu yığmaqdı. Ona görə cəhənnəmdən ayələr var “yəsləvna”, ”isləvha”  ki, bu ayə deyir. Bir sıra ayələr də var, yox “əlləti təttəliu ələl əfidəh”  Qorxun o oddan “narullahil muqədəh”  Allahın alovlanmış odudur. O od ki, “əlləti təttəliu ələl əfidəh”  Qəlblərdən eşiyə çıxacaq, qəlblərdən üzə çıxacaqdır. Bəs buyurur: “isləvhəl yavm” girin bu gün o oda, bu gün ki, sizin hesabınızı aldıq, daha bu gün hesab günüdür və hesabın əsasında cəza günüdür. Burda nə ağlamağın faydası var, nə duanın faydası var. “Əddua silahul mömin” dünyadadır, “əlbuka silahul mömin” dünyadadı. Dünyada bəli ağlayasan, dünyada dua eləyəsən bunlar silahındır şeytandan uzaqladar, sənin qəlbini paklayar, amma axirətdə nə ağlamaq silahdır, nə dua silahdır. Heç birinin faydası yoxdur, hətta öldün faydası yoxdur. İnsan vəxti öldü Allaha yalvarsa ki, Allah məni qaytar deyər “Kəlla”. Duanın dünyada xeyri var, ağlamaq dünyada xeyri vardır. İnsan dünyada bu işləri görməlidi, ta pak getsin ora. Orda napak olsa deyərlər “isləvhəl yavm” Bu gün gir o cəhənnəmə “bima kuntum təkfurun.” Ardıcıl küfrünə görə, ardıcıl Allahı danmağına görə və ardıcıl Qiyaməti danmağına görə, ardıcıl Allahın nişanələrini danmağına görə. Bu ki, ardıcıl sənə deyirdilər ardıcıl sən danırdın, buna görə “isləvha” daxil ol cəhənnəmə.

Buyurur “Əl-yəvmə nəxtimu əla əfvahihim” bu gün biz ağızları bağlarıq. Bilirsiniz ki, dünyada bir sıra insanların qəlbləri möhürlənib, amma ağızları açıqdı “xətəməllah əla qulubihim” Ağızları açıqdı, başlayır  hər nə danışırlar; özlərinin abrısını ağızlarıynan aparırlar, özgəyə iftira bu ağıznan vururlar, istehza bu ağıznan eliyirlər “Əl-yəvmə nəxtimu əla əfvahihim” Bu gün ağızlarına möhür vuracağıq. Dünyada “zalika qovluhum bi əfvaihim” Quran buyurur bunlar danışırlar bu ağızlarıynan. Yəni fəqət ağızlarıynan danışırlar, etiqadları da yoxdur bəzi sözlərə. Ağız açıqdı dünyada, o ki, bir sıra insanlara möhürlənib dünyada, qəlbləridir möhürlənib, ağız deyil. Amma axirət günü ağız möhürlənəcəkdir. Vəxti ağız möhürləndi, daha yalan danışa bilməz. Vəxti ağız möhürləndi daha yalanlarına üzr gətirə bilməz “Əl-yəvmə nəxtimu əla”  Möhür vuracağıq onların ağızlarına.

Yaxşı, bəs nə olacaq? Buyurur: vəxti ağızlarına möhür vurduq  “tukəllimuna əydihim” Əlləri bizimlə danışacaqdı “və təşhədu ərculuhum” ayaqları bizə şəhadət verəcəkdir. Nə işlərinə görə danışacaq, nə işlərinə görə şəhadət verəcək?. “bima kanu yəksibun.” onu ki, bunlar qazanıblar. Ona ki, bunlar kəsb eləyiblər dünyada, ələ gətiriblər onların əsasında şəhadət verəcək “bima yəksibun” göstərir ki, hər üzv özünün qazandığı, özünün yığdığını şəhadət verəcəkdir. Bəs əgər hər üzv özünün yığdığını , yəni əl oğurluğa şəhadət verəcək, əl naməhrəmlə əl verməyə şəhadət verəcək, göz naməhrəmə baxmağa, kinli baxmağa şəhadət verəcək ya məhəbbətli baxmağa bu “Risalətül hüquq” imam Səccad (ə)-a baxsanız görərsiniz gözün əhkamı nədir, gözyn ədabı nədir, qulağın adabı nədir və sair üzvlər. Bunlar hər özlərinin işlərinə uyğun şəhadət verəcəklər. Əgər məsələ belədir məlumdu bu iki dənə əl və ayaq ki, burada gətiribdi nümunədir, misaldır. Daha həsr olunmur  fəqət bunlar şəhadət verəcəklər. Çün ayrı gördüyümüz işlər də var ki, bunlara aid deyil. İnsan qulağıyla da iş görər, insan gözüynən də iş görər bunlara aid deyil. Ona görə başqa ayələrə siz baxsanız görərsiniz ki, orda buyurur ki, İsra surəsinin 36-cı ayəsində buyurur, bunların qulaqları da, gözləri də şəhadət verəcəklər və bu şəhadətlər üzvlərin hamısınadır. Hətta dərilər də şəhadət verəcəkdir. Quran bir ayədə Nisa surəsində 56-cı ayəsində dərinin şəhadətindən danışır ki, insanın dərisi də şəhadət verəcəkdir. Bəs bu bir nöqtə ki, bu iki dənə gətirmək əl və ayaq nümunədir. Ayrı üzvlər də insana şəhadət verəcəklər. Amma bu şəhadət məsələsi özü bir dənə incə bir nöqtəsi var. Bilirsiz ki, şəhadət və iqrar varımızdı. İnsan bəzən etiraf eləyər, bəzən şəhadət verər. Etiraf insan öz işlərinə etiraf verər. Mən filan ildə filan iş gördüm, filan kitab yazdım, filan xeyir iş gördüm, filan günah iş gördüm bu etirafdır. İnsan özünə aid iş danışa.Vəxti insan başqasına aid söz deyir, bu ya iddiadır ya şəhadətdir. Əgər başqasına aid deyir özünün xeyrinə ona deyərlər iddia. Deyirsən sən mənə borclusan – bu iddiadır. Gərək sübut gətirəsən, amma başqasına aid deyirsən özünə daha qayıtmır. Deyirsən filankəsi mən gördüm filan əliynən oğurluq eylədi, bu olar şəhadət. Bəs burda bir iqrar var, etiraf  var ki, insan öz işlərinə aid danışa. Bir iddia var insan başqasına özünə aid söz danışa. Deyəsən – mənim səndən tələbim var, mənim haqqım var bu iddia olar. İnsan başqasına aid söz desə olar şəhadət. Quran burda üzvlər barəsində şəhadət sözü işlədir,  eyni halda ki, adamın zehninə gəlir ki, etiraf işlətməliydi. Əl etiraf eləyəcək oğurluğuna, göz etiraf eləyəcək öz günahlarına və ya savablarına. Niyə Allah-mütəal burda etiraf sözü işlətmir, şəhadət deyir. Elə bil əl günah eləmir, göz günah elmir və düzü budur insanın özü günah eləyir əliylə, özü günah eləyir gözüylə. Göz biçarə neyləsin, göz vasitədir. Göz insanın əlində iradəsinin, nəfsinin, özünün ruhunun əlindədir. Əgər sənin nəfsin gözünü kontrol eləsən göz vasitədir, bir dənə atvyorka kimi bir şeydir. Ona görə göz günah eləmir, gözlə sən günah eləyirsən. Göz sən deyilsən, sən günah eləyənsən. Ona görə demir əl etiraf eləyir, deyir əl şəhadət verir, ayaq şəhadət verir və bunlar əmanətdir. Bunlar mən deyiləm, bunlar mənə əmanətlərdir veriblər ki, mən bunlarla düz iş görəm, mən iş görəm, nəinki əyri iş görəm bunlarla. Bunlara da zülm eləyirəm mən. Vəxti əlimlə oğurluq eləyirəm əlimə zülm eləyirəm; əl əmanətdir, mən bununla düz işlər görəm, əlin mənə həqqi var, ayağın mənə həqqi var, çün mənə əmanət veriblər bunları. Mən deyiləm ki, olar bu şəhadət məsələsidir ki, Quran deyir bunlar şəhadət verəcəklər......

 

OXŞAR VIDEOLAR