Saytımızda axtarın

     MENU
YASİN SURƏSİNİN TƏFSİRİ

Yasin surəsinin təfsiri - 18

Yasin surəsinin təfsiri (18-cu dərs)

“Əl-yəvmə nəxtimu əla əfvahihim və tukəllimuna əydihim və təşhədu ərculuhum bima kanu yəksibun”.

Allah –mütəal bu ayədə buyurur: “əl yovm” yəni bu gün, yəni Qiyamət günü möhür vurruq biz onların ağızlarına, daha ağızlarıynan danışa bilməzlər. “və tukəllimuna əydihim” Biznən əlləri danışar “və təşhədu ərculuhum” ayaqları bizə şəhadət verər “bima kanu yəksibun” ona ki, qazanıblar, ona ki, əldə eləyiblər. Əməllər ki, əldə eləyiblər o əməllərə əlləri, ayaqları şəhadət verər.

Ərz elədik şəhadət ki, Qiyamət günü fəqət əl və ayağa həsr olunmayıbdır. Quran ayələrinə baxsaq çox əza, üzvlər insana şəhadət verəcəklər. Fissulət surəsinin 20-ci ayəsində buyurur “hətta iza ma cauha şəhidə ələyhim səmuhum və əbsaruhum və culuduhum” Hətta o vaxt ki, bunlar gəldilər cəhənnəm odunun yanına bunların qulaqları, bunların gözləri, bunların dəriləri əməllərinə şəhadət verəcək. Bir ayədə buyurur “təşhədu ələyhim əl sinətihum”. Dilləri şəhadət verəcək “və əydihum və ərculuhum”

Bəs əza şəhadət verəcək. Həzrət Əmirəlmöminin (ə) Nəhcül-bəlağədə buyurur “əzauhu şuhuduh və cəvahirukum cunuduh” İnsanın əzası insanın şahidləridir. İnsan dünyada nə iş görür üzvləriynən, Qiyamət günü bu üzvlər şəhadət verəcək, ərz elədim şəhadətin iqrar və etirafdan fərqi vardı. Şəhadət verəcək yəni bu üzvlər günah eləmir, şəhadət verəcək yəni sən bu günahı eləyirsən bu üzvlərnən. Üzvlər biganədir, əmanətdir. İnsan başqasının barəsində danışsa deyərlər şəhadət. Bu üzvlər ki, danışır oğurluğu, sənin barəndə danışır, özünün işini danışmır, öz işini danışsaydı olardı etiraf. Bunlar əmanətdi üzvlər bizə, bunların haqqı var bizim boynumuzda.

Şəhadətin bir ayrı məsələsi də var. Bilirsiz ki, hər şəhadət vermənin iki etapı vardır. Peyğəmbəri əkrəm hədisdə buyurur ki, insan vəxti şəhadət verir işarə eləyir günə, deyir günü görürsən? Şəxs deyir, o səhabə deyir bəli. O gündür ki, görursən “əla misliha fəşhəd” Misli bu günəşə şəhadət ver “əv də” ya görmüsən burax daha şəhadət vermə. Mən güman eləyirəm iş belə ola, gedəsən məhkəmədə şəhadət verəsən olmaz. Mən təhlilimcə belədir şəhadət olmaz; mən kinim var beləsinə hətmən belədir bunlardan şəhadət olmaz. Şəhadət “əla misliha” necə günəşi görürsən eləyə bilərsən gedəsən deyəsən ki, günəşi gördüm. Əgər bir hadisəni də belə görürsən şəhadət ver, belə görmürsən şəhadət verəmməzsən. Ehtimal da versən, güclü ehtimal da versən, təhlil də eləyə bilsən ki, sənin nəzərinə gəlir işi elə bu görübdür, bunlarla şəhadət vermək olmaz. Bəs şəhadət gərək gözlə görəsən necə ki, günəşi görürsən. Yaxşı, müşahidə deyərlər adına, şəhadət bağlıdır müşahidəyə. İnsan vəxti  istəyir bir məhkəmədə şəhadət versin, gərək əvvəl o hadisəni müşahidə eləyə, peyğəmbəri əkrəmin dediyinə görə günəşi görmək kimi, sonra məhkəmədə şəhadət verə.

Üzvlər şəhadət verəcəklər axirətdə. Bu qanunu üzvlərdə tətbiq eləsək, yəni üzvlər sənin əməllərini dünyada müşahidə eləyir. Sən fikirləşirsən bəs sənin əməllərini özün bilirsən, üzvlərin də görür, üzvlərin də müşahidə eləyir. Əgər müşahidə eləmir üzvlər, sabah şəhadət termini işlənməzdi, sabah deməzdilər ki, Qiyamət günü bu əl şəhadət verdi. Əl şəhadət verir, hətmən dünyada müşahidə eləyib ki, axirətdə şəhadət verir. Əgər belə olsa sənin hər nə üzvlərin var, əməllərini görür. İndi biz bunu dərk eləməsək də, düzdür fəlsəfi qanunlarla sübut eləmək olar ki, aləmdə üzvlərin də şüuru var “yusəbbihu lillah ma fis səmavati və ma fil ərz” Allaha təsbih deyirlər aləm. Biz görmürük təsbihləri, biz görmürük səcdələri. Müşahidə eləmək də ola bilər biz bilməyək. müşahidə eliyərlər. Ona görə fəlsəfi qanunlarla sübut oluna bilər, amma Quranın dediyinə görə budur ki, şəhadət verir. Vəxti şəhadət verir, bəs müşahidə eləyibdir. Bu da bir nöqtə, şəhadət məsələsində. İnsan bilməlidir ki, Qiyamət günü şahidlər də var idi əməlinə. Elə deyil ki, insan əməlini dana bilsin, əlbətdə bundan incədir məsələ. Əməl özü də var, əməl özü yazılmır ki, əməl özü qalır. Əməlin adı yazılmır, məhkəmədə indiki dünya məhkəməsində cinayətin adı var. Cinayət yazılıbdır bunun kağızında ki, bu filan cinayəti eləyib. Amma cinayətin özü yoxdur ki, bunun kağızında. Özü də on il bundan qabaq birini öldürüb, o qətldir o cinayət; birinə təcavüz eləyib o təcavüzdür cinayət. Amma Quranın bundan incə məsələsi var; əməlin özü də qalır, əməl özü də Qiyamət günü hazır olacaq. “vəcədu ma əmilu hazira” hər nə iş görüblər hazır tapacaqlar. Ona görə Qiyamət günü əməlin özü də var, hələ əmələ şəhadət də var heç, əməlin özü də var. Bundan incədir dünya məsələsindən, dünya məhkəməsindən Qiyamət məhkəməsi incədir. Şahid üzvlər də var. İnsanın ən yaxın ki, onunla dünyada vasitə idi, işlərini görürdü o insana şəhadət verəcək. Niyə “cəvahirukum cunuduh”  çün bizim üzvlərimiz Allahın qoşunudur, dünyada bizə əmanət veriblər, axirətdə Allahın izniynən danışacaqlar, Allahın qoşunudurlar. Ona görə vəxti dəri şəhadət verəcəkdi, insan dərisinə narahat olacaq niyə şəhadət verdin, sən mənim dərim idin. Buyuracaq “əntəqənəllah” Allah məni danışdırdı, mən Allahın qoşunuyam; sənin qoşunun deyiləm, sənə əmanət idim, məni vermişdilər sənə. Bu üzvləri insana veriblər, insan bu üzvlərlə dirçəlsin. bu üzvlər əmanətdi insana. Vəxti Qiyamət oldu bu üzvlər Allahın qoşunudur, Allahın əmriynən, izniynən danışacaqlar. Vəxti danışdılar insanın abrısı gedəcək, ya vəxti danışdılar insan əzizlənəcək, hörmətlənəcək, çün şəhadətin iki tərəfi vardır. Bir şəhadət müsbət şəhadətdir insanın xeyrinə şəhadət verəcək, insanın savab işlərinə şəhadət verəcək, insanın düz işlərinə şəhadət verəcəklər. Bir də budur ki, şəhadət insanın əyri işlərinə şəhadət verəcəklər. Buyurur ki, bəs bu məsələdən də siz diqqət eləyin ki, şəhadət var Qiyamət günü bu məhkəmədə.

“Və ləv nəşau lətəməsna əla ə`yunihim”

Biz əgər istəsək gözlərini onların saf eliyərik, “təms”-yəni gözü, giləni, içərini saf eləmək. Daha kor olanlar görməzlər, saf buna deyərlər ki, daha qayıtmaz. Bir budur ki, insanı kor eliyələr, gözünün nurunu alalar, bir də budur ki, gözün özünü saf eliyələr. Saf - yəni daha qayıtmaz. “Lətəməsna“ biz onların gözlərini saf eliyərik, daha gözün əslən özünün yeri də qalmaz, istəsək. Bu ayə dünyaya aiddir, ya axirətə aiddir.? Allah burda istəyir dünya əzabını desin onlara. Bəzi təfsirlərdə var bu dünya əzabını istəyir Allah təala desin ki, necə axirətdə cəhənnəm var, biz istəsək dünyada da əzab verərik belələrinə ki, dünyada da əzablarımız belələrini  də yandırar. Belə deyil ki, bunlar biznən müharibə eliyə bilərlər, istəsək gözlərini saf eləyərik, daha görməzlər heç yeri. əsələn gözlərinin yeri qalmaz ta müalicə eləsinlər, ta gözlərinin nurunu qaytarsınlar. Əgər kor olsa mümkündür insan bir xəstələnə, gözünün də nuru olmaya görməyə, dərman verələr nuru gələ. Vəli daha gözün özünə saf eliyələr, daha burda qayıtmaz o gözün işığı. Buyurur: istəsək biz “lətəməsna” gözlərini saf eliyərik. “Fəstəbəqus sirat” bəs siz yolu gedin tapın bir-birinizə sibqət tapın, bir-birinizdən yolu tapmaqda yarış keçirin, keçirə bilərsiniz keçirin, tez yetişəsən ondan qabağa. “fəstəbəqus sirat” ı iki cür məna eləmək olar. Bir budur ki, gedin bəs gözünüzü ki, aldıq əlinizdən, gedin hətta öz adi yolunuzu da tapın; evinizin yolunu tapa bilməzsiniz, işinizin yolunu tapa bilməzsiniz, istəsək biz sizin gözünüzü saf eliyərik əslən heç yolu tapa bilməzsiniz.  Sirat burda be mənayı maddi Sirat, yəni öz yolunuzu, öz yolunuzu tapa bilməzsiniz “fə ənna yubsirun” Bəs haranı görərsiz, heç yeri görəmməzlər. Bəs biz istəsək belə eliyərik- bu dünya bəhsi.

Bəzi təfsirçilər bu ayəni axirət ayə məna eləyiblər. Deyir, biz necə odda yandırırıq, istəsək bu əzabı da verrik sizə. əsələn Qiyamət günü sizin gözünüzü əlinizdən allıq, vəxti gözünüzü əlinizdən aldıq, deyərik get Siratı tap, get behiştin yolunu tap, get. “fə ənna yubsirun”  hara bəs bunlar görələr, gedələr. Çün bunlar dünyada özlərini kor eləmişdilər, həqqi görmürdülər. Biz istəsək axirətdə də bunları kor eliyərik. Elə kor eliyərik ki, əslən gözün saf eliyərik. Bunlar əslən yolu tapa bilməzlər, behiştin yolunu tapsınlar. Dünyada ki, cənnətin yolunu tapmadılar, dünyada şeytanın yoluna getdilər, günahın yoluna getdilər. İstəsək axirətdə də gətirrik bunların içərilərini eşiyə, içərilərini eşiyə gətirsək gözləri saf olar. Dünyada da gözləri saf idi görmürdülər, adi gözləri açıq idi, qəlb gözləri saf idi. Biz o qəlbi eşiyə çıxartsaq belə olar. Bəs bu ayəni iki cür məna eləyiblər. Bir-dünya əzabına Allah istəyir işarə eləsin ki, bizim cəhənnəm odumuz var, axirət əzabımız var. Bəzi vaxtlar dünya əzabımız da var, istəsək dünyada da əzab verərik. Bir də budur ki, yox axirətdə belənçi bir iş də görə bilərik, əslən bunlar yolu tapa bilməzlər

“Və ləv nəşau ləməsəxnahum əla məkanətihim”  Ya istəsək bu işi görərik, yenə hamanki, təfsir burda da var. İstəsək biz onları öz yerlərində, elə dura-dura yerlərində “məsəxna” məsx elərik. Məsx-yəni çevirərik insanlıqdan çıxarlar. Çevrilərlər olarlar heyvan, çevrilərlər olarlar daş, çevrilərlər olarlar bir ayrı mövcud. Məsx yəni insan həqiqətindən dönüb ayrı həqiqətə çevrilmək ki, Quranda məsx işlənibdir. Bir sıra insanlar bəzi günahlarına görə məsx olublar və əslən bu heyvanatların bəzisində var, deyərlər “musux” məsx olunmuşlar. Əlbətdə bu heyvanat ki, yer üzündə var bunlar heç biri məsx olunmayıblar. O insan ki, məsx olar bu heyvana, üç gündən çox qalmaz ölər və nəsli olmaz. Bunlar çün bu heyvanlara çevrilibdir, bunlara deyiblər məcazən “musux”. Heç heyvan dünyada yaşayanlar “musux” deyillər, məsx olunmuş deyillər. İnsan çevrilər olar bunlara tay, üç günəcən də ölər heç nəsli də olmaz. Deyir biz istəsək məsx də eyliyərik. Vəxti məsx elədik “fəməstətau muziyyən və la yərciun”. nə eləyə bilərlər davam versinlər yollarına, nə qayıda bilərlər, məsx olarlar öz yerlərində qalarlar.

 İnsan bəzən bir çətinliyə düşəndə ya davam verər gedər bir pənahgah tapar, bir özünə sığınacaq tapar, ya qayıdar haman əvvəl yerinə ta sonralar pənahgah tapsın. Deyir biz istəsək məsx elərik nə qayıda bilərsiniz, nə də yolunuzu davam verə bilərsiniz, yəni sərgərdan qalarsınız. Necə ki, dünyada da bəzi insanlar o cürdülər. Nə münafiqlər, onlar ki, ikiüzlüdürlər, onlar ki, dünyada bir dənə vahid yol seçməyiblər, bir dənə vahid əqidə seçməyiblər, bəzən bu tərəfə bəzən o tərəfə  heyrandılar, sərgərdandırlar. Bir müstəqil düşüncəyə malik olmurlar, müstəqil bir əqidəyə malik olmurlar bunlar. Deyir biz istəsək sizin yenə o qəlbinizi çıxardarıq eşiyə. Qəlbinizi çıxartsaq görərlər ki, məsx olmusunuz. İstəsək bu əzabı verrik həm dünyada, ya axirətdə. Dünyada versək elə haman o keçmiş insanlar bəlaya düçar olublar onların tayı olarsınız, axirətdə bu bəlaya düçar eləsək daha yolu tapa bilməzsiniz. Buyurur ki, bəs bizim qüdrətimizə diqqət edin. Allahla müharibə eləyə bilməzsən, Allahla mübarizə eləyə bilməzsən. Bu dünyada sənə beş günlük fürsət veribdir, beş günlük sənə qüdrət veribdir, beş günlük sənə sərvət veribdir. Bizlər istər evimiz ola, istər evimiz olmaya burda müstəcirik, kirayədə yaşayırıq, bəzimiz bir illik kirayə tuturuq evimizi, bəzimiz 80-illik kirayə tuturuq bizim deyil. Biz özümüzlə aparmırıq ki, öləndə köçür vərəsəmizə, köçür ayrı adama. Özümüz 80 illik kirayədə qalırdıq, biri də bir illik kirayədə qalır, köçür o birisi ayrı evdə qalır. Bəs biz burda hər nə əlimizdə var kirayədir bizə, əmanətdir bizə, bizim deyil ki. Zahirdə xəyal eləyirik ki, bəs bizimdir. Aləm ayrı cür olsa görərsən ki, heç nə sənin deyil.

Buyurur ki, “Və mən nuəmmirhu nunəkkishu fil-xəlqi əfəla yə`qilun”. Kimə biz “nuəmmirhu” uzun ömür verdik, hər kimə uzun ömür verdik “nunəkkishu” onu əksinə elədik. Əks eləmək bu ki, insan uşaqlıqda vəxti yavaş-yavaş böyüyür, onunda cismi yavaş-yavaş güclənir. Bədəni, ruhu da yavaş-yavaş, əqli də mükəmməlləşir, bir yaşa gedəndən sonra bədən təzədən tənəzzülə tərəf gələr. mümkündür əql tənəzzülə gəlməyə, gedə əql yenə. Amma bədən tənəzzülə gələr, yavaş-yavaş gedər aşağıya. Buyurur “mən nuəmmirhu”  kimə uzun ömür verdik, ömrünü uzatdıq əks elədik, yəni bədəninin enerjisini, qüdrətini yəni əks elədik aldıq, Allahın bu bir nemətidir. Bu ayə Allahın nemətidir. Niyə Allahın nemətidir? Baxın, bəzi insanlar var bunlar bir hadisəyə rast gəlməsələr qəflətdə olarlar. Dərk eləməzlər ki, burada müsafirdilər, burdan köçməlidirlər, burdan getməlidirlər. Vəxti yavaş-yavaş biz əlindən alırıq; ayağını əlindən alırıq daha yaxşı yeriyə bilmir, yaxşı qaça bilmir; əlinin gücünü əlindən alırıq. gözünün nurunu əlindən alırıq, qulağının eşitməsini əlindən alırıq, yəni verdiklərimizi yavaş-yavaş əlindən alırıq. Yəni istəyirik buna dərk elətdirək ki, bura adamı deyilsən, istəyirik deyək ki, sən ayrı bir yerə köçməlisən. Bunlar ki, sənə vermişdik əmanət idi, indi yavaş-yavaş vəxti yetişib bunların əmanətlərini səndən alaq. Özünün də bir gün canını alacağıq. Bunlar əlamətlərdir, ona görə qocalıq və qocalıqda enerjilərin, güclərin alınması ki, insanın əli yavaş-yavaş işdən düşür, ayağı işdən düşür, gözü işdən düşür, qulağı işdən düşür. Bu özü bir nemətdir insana, xəbərdarlıq nemətidir. Bir baxımdan dünyada insana əziyyət olur bu əziyyət cəhəti var. Digər cəhətdən əqli işə salsaq, fikrin işə salsaq, yəni Allah-mütəal xəbərdarlıq eləyir. Nəyə xəbərdarlıq eləyir? Deyir buna ki, sən köçməlisən, sən getməlisən. Bəs buyurur “və mən nuəmmirhu” Hər kimə biz uzun ömür verdik “nunəkkishu fil-xəlqi” onun xilqətində əksiləşdirdik. Əksiləşdirdik yəni xilqətini zəiflətdik, yavaş-yavaş onları ki, vermişdik aldıq. Bu aldıq nişanədir ki, biz burda köçənik, biz burda müsafirik, qonağıq “əfəla təqilun”. Aya, sən əqlini işə salmırsan ta qonaqlığını dərk eliyəsən? Əqlini işə salmırsan ta müsafirliyini dərk eliyəsən?....

 

OXŞAR VIDEOLAR