Saytımızda axtarın

     MENU
YASİN SURƏSİNİN TƏFSİRİ

Yasin surəsinin təfsiri - 19

Yasin surəsinin təfsiri (19-ci dərs)  

 

“Və ma əlləmnahuş-şi`rə və ma yənbəği ləhu in huvə illa zikrun və Qur`anun mubin”.

Keçmiş ayələrdə Yasin surəsində Allahın tövhidindən, Qiyamət bəhslərindən danışıldı. Bu ayədə qayıdır nübuvvət bəhsinə. Nübuvvətin yəni bir şəxsin Allahla əlaqəsi və Allahın ona vəhy eləməsi, vəhyin mahiyyəti.

Bilirsiniz ki, Allah-mütəal ki, təlim verir adına deyirik vəhy. Bu vəhy ki, bizim peyğəmbərimizdə Quran cəm olubdur. Qurandır bu vəhy ki, Allah-mütəal peyğəmbərimizə buyurubdu, bu Quranın o qədər cazibəsi var idi, o qədər maraqlı idi insanlara, hətta onlar ki, Quranı istəyirdilər dansınlar, cazibəsini eləyə bilmirdilər inkar eləsinlər. Bəzi ayələrdə var deyirlər bu sehrdir, peyğəmbər sehribazdır, cadugərdir. Bu düşmənin bir növ etirafıdı. Etirafıdı, Quranın əzəmətinə.

Bəziləri gəlirdilər, deyirdilər Quran sehr deyil, şeirdi. Görürsünüz ki, axırları şeir kimi  qurtulur. Allah-mütəal bu ki, Quran şeirdi, ona cavab verir. Şeirin mahiyyətinin Quranla fərqi var. Şeir bu əsasdadı ki, insan gözəl təşbeh eləyə, gözəl zehnində təxəyyül qüvvəsini işlədə və xəyal qüvvəsini işlətməknən bir hadisələri, işləri, bir mənzərəni və buna oxşar məsələləri bəzəndirə. Nə qədər gözəl bəzəndirə bilsə, xəyal qüvvəsini gücləndirə bilsə, o qədər  şeir gözəl olar. Buyurur ki, bu şeir deyil. biz əslən peyğəmbərə şeir öyrətməmişik “ma əlləmnahuş-şi`r”  biz o rəsula şeir öyrətməmişik, təlim verməmişik. Əvvələn bizim təlimimizdi, biz təlim veririk peyğəmbərə, biz də şeir təlim verməmişik. “və ma yənbəği ləh” Peyğəmbərə də səza deyil, peyğəmbərə də bu yaraşmaz şeir biz təlim verək. Peyğəmbərin istəmirik xəyal qüvvəsini gücləndirək, peyğəmbərin istəyirik əql qüvvəsini gücləndirək. Peyğəmbəri istəyirik həqiqətləri onun diliynən insanlara çatdıraq. “və ma yənbəği ləh” Rəsul üçün səzavar deyil, şayistə deyil, layiq deyil Rəsul üçün ki, şeir təlim verək. Bəs bu Quran nədir? Deyir istəyirsiniz biləsiniz Quran nədir? “in huvə illa zikrun və Qur`anun mubin”.  Bu yazı ki, biz təlim vermişik “zikrun” deyil, məgər zikr və aydın oxumalı. Əvvələn zikrdir, yəni xatırladır. Nəyi xatırladır? Quran bilirsiz ki, neçə dənə adı var Quranın. Zikr bir adıdır, Quran bir adıdır, Furqan bir adıdır, Kitab bir adıdır, Tənzil bir adıdır, Nur bir adıdır. Quranın müxtəlif adları var, hərəsi bir münasibətə görədir. Furqan deyirlər çün Quran haqqla batili ayırandır, Kitab deyirlər çün qanun məcmuəsidir. Quran deyirlər çün oxunmalıdır. Amma niyə zikr deyirlər buna “İnna nəzzəlna zikr və inna ləhu lə hafizun” Biz zikri nazil eləmişik, biz zikri hafizik. Burda da buyurur “in huvə illa zikrun və Qur`anun mubin”. Quran zikrdir, aydın oxumalıdır. İnsan bəzi məsələləri həyatında unudar. Vəxti xatırladan oldu, o xatırladana deyərlər zikr. Quran çox yerlərdə deyir  nəyi sən unudarsan. Bəzən insan Allahı unudar, həyatında Allah yadından çıxar “nəsullah” Bir sıra insanlar Allaha unutqanlıq belələrində baş verər “nəsullah”. Ona görə buyurur “fəzkurullah zikrən kəsira” Allahı çox xatırlayın, nə qədər bacarırsınız. “uzkuruni əzkurkum” Məni xatırlasanız, mən də sizi xatırladaram. “Zikrullah” Allahı xatırlamaq çün “nisyanullah” baş verər, Allahı unudarıq. Düzdür insan unutsa Allahı, Quran buyurur, cəzası bu olar ki, özünü də unudar “nəsullah fəənsahum ənfusəhum” Allahı unutdular bəs səbəb oldu ki, bu cəza olaraq Allah da unutdurdu özlərini özərinə, yəni özlərini də unutdular. İnsan özünü unutsa daha özünü görməz: malını görər, ayaqqabısını görər, paltarını görər vəli özünü görməz. Daha özünü görməyən özünü dirçəltməz, özünü görməyən özünün nöqsanını bilməz, özünü görməz.

 “innəllahə yəhulul bəynəl məri və qəlbi” Allah insanla qəlbinin arasındadır. Sən özünü, Allahı unutsan qəlbini də unudarsan. Allah qəlb ilə insanın özünün arasındadır, əcib ayədir “innəllahə yəhulul bəynəl məri və qəlbi” Bəs Quran zikrdir, bir budur ki, Allahı xatırlat Quran zikrdir “vəzkuru nimətallah” Quran bəzi ayələrdə buyurur ki, Mənim nemətlərimi yadınıza salın. Mən sizə nemətlər vermişəm bunları xatırladın, unutmayın. Bəzən insan qəflət eliyər nemətlərdən, bəzən qəflət eliyər nemət verəndən “munim”dən. Deyir bunları yadınıza salın. Mən sizə nemət verdim, bunlar da nemətdilər. Bəzən nemətliyini görməz, unudar əhəmiyyət verməsini. Gözəl bir dost insana nemətdir, məscidlə qonşu olmaq nemətdir, alimlə dost olmaq nemətdir. Bir sıra nemətlər var həyatında insanın əlindən çıxandan sonra bilər nemətdir. Bir şəhərdə pak insanlar nemətdilər, bir ailədə salehə bir zövcə nemətdir, saleh zövc nemətdir, təmiz övlad nemətdir, ata diriliyi nemətdir, ananın diriliyi nemətdir. Bunlar olmayandan sonra, cavanlıq nemətdir, səlamətçilik nemətdir. Deyir nemətləri unudasan, qəflət eliyəsən, məst olasan, məşğul olasan öz dünya işlərinə və neməti unudasan. Quran gəlib neməti xatırlatsın – bir; “munimi” xatırlatsın – iki. Neməti verəni xatırlatsın.

Bəzən Quran buyurur ki, “nəsiyə xəlqəh” insan yaranışını yaddan çıxardar, ona görə Qiyaməti danar, Qiyamət də yaddan çıxar “bima nəsəv yəvməl hesab” Bu xatirə ki, Qiyamət günün insan unudur. Bəs Quran zikrdir, həm “zikrullah”dır, həm “zikrul movt”dur, həm “zikrul məad”dır, həm ölümü yada salır, həm Qiyaməti yada salır, həm Allahı yada salır, həm “zikrul nemə”dir, həm insanın nemətlərini yadına salır, həm özünü özünün yada salır. Quran buna görədir. Quran şeir deyil, zikrdir unutduğunu həyatda oları yadına salır və “Quranun mubin” və aydın oxumalıdır. Aydındır, özü də hərə öz zərifiyyəti qədər, hərə öz istedadı qədər, hərə öz qabiliyyəti qədər bu Qurandan faydalanar. İşarətindən faydalanar, ibarətindən faydalanar, zahirindən, təfsirindən faydalanar. Hərə öz qabı qədər, öz istedadı qədər. Bəs bu Quran şeir deyil.

Quran gəlib ya rəsulallah “Liyunzirə mən kanə həyyən” ta bu Quran ayılda “mən kanə həyyən” o kəsi ki, diridir  “və yəhiqqəl-qəvlu ələl-kafirin” və sabit ola əzab. “qəvl” yəni əzab sözü “ələl kafirin” onlara ki, həqiqəti danırlar, onlara ki, küfr eliyirlər, həqiqətin üstünü örtürlər. Bəs Quran gəlib möminə dirilik olsun, həyat olsun, müsəlman olana həyat olsun. O ki, istəyir həqqi qəbul eləsin ona həyatdır, ona inzardı, o birisinə “itmam höccət”dir höccəti tamamlamaqdı və əzabın konkretləşməsidir.

Maraqlı ayədir bu ayə kafir muqabili həyydir-diridir. Deyir diriyə bu üçün, kafirə bu üçün. Bu ayə göstərir ki, kafir diri deyil, kafir ölüdür. Sən gəlmisən, peyğəmbər, diriləri inzar eliyəsən, kafirlərə də höccət tamamlansın, əzab konkretləşsin.

Bu nə dirilikdən danışır ki, kafir o diriliyi yoxdur, o həyatı yoxdur? Bilirsiz ki, kafirdə dirilik bu mənaya ki, nəfəs çəkir, ayağnan yeriyir, xörək yeyir. Kafir bu mənaya diridir. Quranın məntiqində dirilər iki növdürlər: ölü dirilər, diri dirilər. Ölü dirilər onlardılar ki, eyni halda ki, nəfəs çəkirlər həqiqətin üstünü örtürlər, qəlbləri möhürlənibdir daha dirçəlmirlər. Bu ölü dirilərdirlər. Onu başa salmaq olmaz, o da qəlbini möhürləyibdir ”xətəməllah əla qulubihim” qəlbi möhürləndi “səvaun əstəğfərtəhum əm ləm yəstəğfirhum fəhum la yuminun” Desən-deməsən də, istiğfar esən də, moizə eləsən də, ya istiğfar eləməyəsən, moizə eləməyəsən o qayıtmaqacaqdır. Bəs bir sıra insanlar var eyni halda ki, bədən baxımından diridirlər – ölüdürlər. Bunlar şaquli ölüdürlər, bunlar ayaqüstə ölüdürlər, bunlar “məyyitül əhya”dırlar. Əmirəlmöminin fərmayışına görə. Dirilərin ölüsüdürlər. Bəzi insanlar var, yox, bunlar dirilərin dirisidirlər. Həm bədən baxımından ki, diridirlər nəfəs çəkirlər, xörək yeyirlər və qəlbləri də diridir. Qəlbi diri olsa qəbul eləyər həqiqəti. Qəlbi diri olsa inzar eləyə bilərsən. Quran gəlib inzar eləsin, ayıltsın o kəsin ki, qəlbi diridir. Vəxti sənin qəlbin diridir həqiqətə tez təslim olarsan. qəbul eləyərsən, daha həqiqətin qarşısında   dayanmazsan. Quran bir fəza, bir atmosfer bizə açır o da budur ki, qeyri əz bədən diriliyi, bədən ölülüyü, qəlb diriliyi və qəlb ölülüyü də vardır. Qəlb də xəstələnər, qəlb ruh mənasında, qəlb də ölər, qəlb də salimdir “fi qulubihim mərəzun fəzadəhumul yovma....” Nifaq deyir bir xəstəlikdir qəlbdə, kimin nifaqı olsa getdikcə nifaqı çoxalar. “fi qulubihim mərəzun fəzadəhumullah mərəzən”  Ya ayrı ayədə qəlbin xəstəliyindən, qəlbin ölülüyündən danışır. İnsan əgər qəlbini öldürsə daha ona inzar, peyğəmbərliyin risalətinin ona faydası yoxdur və bu ölülərdəndir ki, dirilərin içindədi. Yəni bunların qəlbi qəsavət tutub. Vəxti qəlbi qəsavət tutdu daha o qəlb paslandı, o həqiqəti özündə götürməz “summə qəsət qulubuhum” Quran deyir ki, onların qəlbləri paslandı “fəhiyə kəl hicarə” Qəlb oldu daş kimi.  “əv əşəddu qəsvəh” Bəqərə surəsinin 74-cü ayəsində, qəlbləri daha qəsavəti çoxaldı. İnsan Qurandan fikirləşsə dirilər, Quran oxusa dirilər, Quranla əlaqəsi yaransa dirilər. Bunu həm Əmirəlmöminin buyurub, həm peyğəmbəri Əkrəm buyurub. Buyurub “zəyyinu buyutəkum bi tilavətil quran” Quran oxumaqla evlərinizi zinətləndirin. “və la təttəxizuha qubura” Evinizi qəbristanlıq eləməyin, yəni özünüz ölü olmayın. Çün özünüz ölü olsanız eviniz qəbristanlıq olar. Amma Quran oxusanız, Quran tilavət eləsəniz özünüz olarsınız diri, eviniz də olmaz qəbristanlıq. Bu bir ifadə peyğəmbəri Əkrəmdən. Əmirəlmöminin də buyurub ki, “təfəqqəhu fih fə innəhu rəbiul qulub” Quranda fikirləşin, Quranda fəqət qiraətinə qane olmayın, fəqət oxumağına, zahiri oxumağına qane olmayın, içində də dərin fikirləşin. Çün Quran qəlblərin baharıdır. Quran gəlsə, necə bahar gəlsə yatan ağac oyanar, bahar gəlsə ölü torpaq oyanar, bahar gəlsə yatan qəlb də oyanar, ölü qəlb də dirilər. Deyir Quran oxuyun, Quranda fikirləşin, Quranda dəqiqləşin,  çünki Quran “rəbiul qulub” çünki Quran qəlblərin baharıdır “hiyə həyatun” Əmirəlmöminin başqa yerdə buyurur “hiyə həyatun” Bu hikmət barəsindədir, deyir hikmət həyatdır. Yəni bir nəfərin hikməti yoxdur, həyatı yoxdur. Bu hansı həyatdır ki, o olmayanda o həyat olmur. Bu qəlbin həyatıdır “hiyə həyatun lil qəlbil məyyit” Ölü qəlbin həyatıdır hikmət. İnsan elm dalınca getsə, idrak dalınca getsə, düşüncə dalınca getsə bu elm, idrak, düşüncə həyatdır. Bəs görürük ki, Quran bir ayrı atmosfernən də bizimlə danışır. O atmosfer budur ki, insan qəlbini də gərək diri saxlaya və bu diri qəlb səbəb olar ki, insan həqqi qəbul eləyə bilsin. İnsan əgər çox günah eləsə qəlbi ölər. İmam Səccad (ə) buyurur “əmatə qəlbi əzimu cinayəti”  Mənim çox cinayətlərim özümə qəlbimi öldürdü. Bilirsiz qəlb zədələnər, xəstələnər, çox oxlansa ölər. Buyurur ki, naməhrəmə baxmaq “ən nəzəru səhmun min səhami iblis”  Naməhrəmə baxmaq bir oxdur, şeytanın oxlarından. Bu ox hara dəyir? Bu ox qəlbə dəyir. Əgər bu oxların sayı çox dəysə qəlbə insan olar ölü, qəlbi olar ölü. Bir az da dəysə olar yaralı; qəlb yaralansa bu qəlb yaralanmaqla ola bilər insan düzgün fikirləşməyə, mümkündür salim əqidəyə malik olmaya, yaralı qəlbdir. Yaralı cisimlə yaralı qəlbin fərqi var. İnsanın bədəni zəxmi olsa, bədəni zəhərlənsə, bədəni yaralı olsa nəhayət budur ki, müalicə elərlər dünyada, ya daha öləndə bu o birisi dünyaya yaralı getməz. Amma əgər ruh yaralansa, əgər ruh zəhərlənsə tovbə olunmasa elə Bərzəxdə də, Qiyamətdə də hər ikisində də o ruh zəhərli məşhur olacaq, o  ruh zəhərlidir və yaralıdır. Buyurur ki, siz “əzimu cinayə”  çox cinayətə, ox oxun dalınca qəlbinizə vurdunuz, günah eləməknən qəlblərinizi oxladınız. Bu ox oxun dalınca vurmaqla “əmatə qəlbi” bu iş mənim qəlbimi öldürdü. Bəs Quran istəyir desin ki, gəlin qəlblərinizi dirildin. Əslən Quranın məqsədlərindən biri budur ki, insanın qəlbi dirilsin. Vəxti qəlb dirildi insan həqqin tərəfində dirçələr, həqqin tərəfinə yönələr və səadət tapar. Qəlbi dirilmədi insan burda ölü qaldı, bu ölülük orda da olacaqdır. Buyurur ki, əgər insan dünyada kordu orda da kordu. Bunun mənası bu deyil ki, dünyada gözü kordur, orda kordu. Bunun mənası o bədən xəstəliyi buracandı. Nəhayət müalicə eləməsələr bədən xəstəliyi ölümə qədərdir. İnsanın gözü bədənində kor oldu, orda kor deyil. Bu ki, ayə buyurur ki, kim burda kordur orda da kordu, yəni kimin burda qəlbi kordu, kimin burda qəlbi ölüdür, qəlbi xəstədir. Qiyamətdə də haman formadır. Həmişə bu əzab beləsiynəndi: kordu, xəstədi və ölüdü. İlla ki, burada, dünyada qəlbini dirildə. Qəlbini diriltmək budur ki, insan Allahın kəlamıynan tanış ola, Allahın kəlamıynan yaşaya, Allahın kəlamıynan ola.

Buyurur ki, “li yəhiqqəl-qəvlu ələl-kafirin” Ta inki, kafirlərə bizim “qovlu”muz “yəhiqqi” yəni tamlaşsın, konkretləşsin. Biz höccəti tamamlayaq əzab ona tam qərarlaşın. Bilirsiz ki, insan öz əməliynən əzabı özünə qərarlaşdırır. Buyurur ki, biz gətirmişik Quranı  “liyunzir və ləyəhik” Ta bir sıra insanlara bu Quran inzar eliyən olsun, inzar yəni ayıldan olsun, o onlardı ki, diridir. Amma bir sıra insanları bu Quran ayıltmır. Bir sıra insanlar çün onlar ölüblər, ölünü ki, ayıltmazlar, oyatmazlar o qəlb ölüsü, məgər özü tövbə eliyə. Bu qəlb ölüsünü eşitdirmək olmaz. Buyurur ki, bu xatirədir ki, buna da əzab tamlaşsın və sabitləşsin.

Sonra gəlir təzədən Allah-mütəal öz nişanələrini izah eləyir. Bu nübuvvət bəhsini burda deməklə ki, peyğəmbər şair deyil, şeir ona yaraşmaz. Quran şeir deyil zikrdir və Qurandı; oxunmalıdı və məqsədi də Quranın həyat verməkdir, həyat qəlbə verməkdir və qəlbə həyat verəndən sonra insan ayılar, insan yaşayar qəlbinin həyatıyla, salim qəlb olar. Amma kafirlər ki, qəlblərini öldürüblər onlara daha Quranın faydası yoxdur, o çün qəlbini öldürübdür, o qəlbini gərək dirildə. Qəlb öldürmək yəni qəlbini möhürləyibdir, qıfıllayıbdır....

 

OXŞAR VIDEOLAR