Yasin surəsinin təfsiri - 20
Yasin surəsinin təfsiri (20-ci dərs)
“Əvələm yərəv ənna xələqna ləhum mimma əmilət əydina ən`amən fəhum ləha malikun”
Allah-mütəal bu ayələrdə öz nemətlərindən bir azını bizə sayır, o nemət ki, bizim həyatımızda hamımızı əhatə eləyibdir. Həyatımız onsuz çox çətinliklərə düşər, o da heyvanların nemətidir. Heyvanları minik vasitəsi kimi, xörək vasitəsi kimi, südlərindən, müxtəlif süd məhsullarından, dərilərindən paltarlar istifadə eliyərik. İndi ki, elm inkişaf eləyibdi müxtəlif formada heyvanlardan hətta dərman düzəltmək üçün istifadə olunur. Allah-mütəal bunu bizə xatırladır ki, baxın Mənim nemətlərim ki, sonsuzdur. Siz istəsniz Mənim nemətlərimi sayasınz, Quran buyurur, saya bilməzsiniz. Mən birini hələ xatırlatdım həyatınızda o sonsuz nemətlərin biri o ki, siz xatırladammazsınız, qeyd eliyə bilməzsiniz nemətləri, onların biri heyvanat məsələsidir. Siz həyatınızda bir dənə bu heyvanı çıxartsanız, ət bir az azalsa həyatınızda və ət tapa bilməsəniz nə qədər ki, çətinliyə düşərsiniz. Heyvanlar həyatınızda əhli heyvanlar olar ki, minik vasitəsi istifadə eləyirdiniz. süd vasitəsi, ətlik bunlar hamısı bizim nemətlərimizdir sizə “əfəla yəşkurun” Aya, buna şükür eləmirlər onlar. Diqqət eləmirlər bu nemətə, nemət verəni istəmirlər görsünlər? “Əvələm yərəv” aya bunlar görmürlər? Burada “yərəv” burda be mənayi göznən baxmaq deyil görmürlər; gözləriynən baxırlar, heyvanları da görürlər, yəni diqqət eləmirlər bu heyvanların məsələsinə? Diqqətlə, ibrət nəzəri ilə, diqqət nəzəri ilə baxmırlar? “ənna xələqna ləhum” ki, biz yaratmışıq onlar üçün “mimma əmilət əydina” Onu ki, biz öz əlimizlə eləmişik, yəni sizlərin rolunuz yox idi orda. Öz əlimizlə, Allahın mənası bu deyil ki, əli var. Öz əlimizlə, yəni öz qüdrətimizlə. O ki, biz öz qüdrətimizlə müxtəlif formada bunları yaratmışıq onlar üçün “ənamən” dördayaqlılar “fəhum ləha malikun” Biz yaratmışıq onlar bəs onlara malik olublar, yəni bu dördayaqlılara malik olublar. Bizim rəhmətimizdir ki, əvvələn yaratmışıq bunlar üçün yaratmışıq. “xələqna ləhum” heyvanatı yaratmışıq “ləhum” onlar üçün. İkinci məsələ budur ki, biz yaratmışıq, biz yaratmışıq onları malik eləmişik. Yəni demişik bu heyvanlar sənin mülkündədir, sən onların yiyəsiən. Həm rəhmətimiz xilqətdədir buna diqqət eləsinlər; onlara bunları yaratmışıq istifadə eləsinlər, faydalansınlar, ehtiyaclarını ödəsinlər. Həm də rəhmətimiz burdadır ki, mülkiyyət vermişik, yiyə vermişik onlara malik olublar əvvələn öz əlimizlə. Quranda bilirsiniz ayat gərək bir-birilə məna ola. “Yəd” həmişə sözlərdə əl mənasında deyil, “yəd” çoxlu sözlərdə qüdrət mənasındadır. Əli hər yerə çatır, yəni qüdrəti çoxdur. Əli, orda be mənayi bu deyil ki, əli, yəni barmaqları hər yerə çatır. Mütəəssifanə, bir sıra insanlar bir növ Quranı tərcümə eləyərlər ki, guya Quran hər nəyi o elə zahiri nədi o və bu iki dənə zərəri vardır. Bir zərəri budur ki, ərəb ədəbiyyatını nəzərə almırlar. Ərəb ədəbiyyatının özündə “məcaz” işlənmə var, “istiarə”, işlənmə var, “təşbih” işlənmə var. Ərəb ədəbiyyatında, kələmatında “yəd” sözü fəqət ələ işlənmir, necə ki, bizim ədəbiyyatımızda da, azəri ədəbiyyatında da əl sözü fəqət ələ işlənmir. Filankəsin əli uzundur, əli qısadır; filankəsin əli hər yerə çatır. “yəd” burda kinayədir qüdrətdən. Filan məntəqə mənim əlimdədir, filan şəhər mənim əlimdədir. Mənim əlimdədir, yəni doğurdan da şəhər bunun əlindədir, yox bu mənim qüdrətimdədir. Bu sözlər ədəbiyyatın hamısında var, kim bunları inkar eləsə ədəbiyyatı inkar eliyir.
Bəs bir nöqtə budur ki, ədəbiyyat Quran da vəhydir, vəli bizim dilimizdə nazil olubdur. Quranil ərəbiyyən, ərəb ədəbiyyatıynan gərək nəzərə alaq və məna eləyək. Əl də ərəb ədəbiyyatında həmişə bu əl mənasında deyil. İkincisi Quranın tövhidi ayələriynən gərək uyğun ola. O da məsələ budur ki, Allah-mütəal buyurur ki, “la tudrikihul əbsar” Heç vaxt gözlər onu görməz, əgər bu əldir, göz hətmən görməlidir. “ləysə kəmislihi şəy” Allahın tayı yoxdur. Bəs məlumdur ki, bir ərəb ədəbiyyatını nəzərə almaq əslən bütün ədəbiyyatlarda bu var. İkinci məsələ Quranın tövhid ayələri ilə nəzərdə almaq ki, Quran tövhid ayələrini Allahın təkliyinin barəsində ayələrdə Quran təşbihdən uzaqdır, heç vaxt Allah-mütəalı insana oxşatmır. Üçüncü - əqlnən, qəti əqlnən, yüz faiz dərk, yəni əqlnən ki, Allah imkanı yoxdur cism ola; Allahın imkanı yoxdur əli ola, ayağı ola. Qəti əql deyir ki, Allah mücərrəddir; cisim deyil, maddə deyil ta əli ola, ayağı da və s. Bəs bu üç məsələynən ki, həm ədəbiyyatnan, həm Quranın tövhid ayələrinən, həm qət əqlnən, yüz faiz əqlnən ərz elədik ki, bu cür ayati ki, deyir əl, yəni Allahın qüdrəti. Biz öz qüdrətimizlə bu heyvanatı yaratmışıq sizin üçün və çün sizin üçün öz qüdrətimizlə yaratmışıq. Sizə istəyirik deyək ki, bu rəhmətimizdir sizə. Və maraqlıdır bu heyvanlara bir diqqət eləyin, seyr eləyin heyvan aləmində “zəlləlnaha ləhum” Ram eləmişik o heyvanları sizin üçün. Ram – yəni onlar sizin ixtiyarınızda qərar tapıblar, sizə minik verirlər. Ram eləmişik sizin üçün “fəminha rəkubuhum” O heyvanlardan minik istifadə eləyirlər onlar, minirlər o heyvanlara: atdır, dəvədir, ulaqdır. “və minha yə`kulun”. Bəzi bu heyvanları yeyirlər, ətlərindən istifadə eləyirlər; qoyundur, inəkdir, dəvədir. Bəs bəzisi minikdir, bəzisi bu deyil ki, hər hansı minikdir, yemək üçün deyil. Yox, bir sıra heyvanlar minik heyvanıdır; bir sıra heyvanlar minik heyvanı deyil, lakin ətindən istifadə edirlər. Bəzən heyvanlar hər ikisində, məsələn dəvə həm minikdir, həm ətindən itifadə edilir. Buyurur: bunları biz çün aydın görürsüz xatırladırıq “Və ləhum fiha mənafi” Sizin üçün bu heyvanlarda başqa xeyirlər də var. İndi mümkündür o zaman bəşər hələ çatmayıbdır başqa xeyirlərinə, əlbəttə o zaman bir azına çatmışdı. Quran burda üstüörtülü deyir: başqa xeyirləri də var; dərisindən özünüzə paltar istifadə eləyirsiniz, çoxlu libaslar heyvanların dərisindən düzəlir möhkəm olur, ayaqqabı heyvanların dərisindən düzəlib möhkəm olur faydadır; bəzisi heyvanların tükündən istifadə eləyirsiniz, yunundan istifadə eləyirsiniz, ayrı xeyirlər var sizə. İndi ki, heyvandan nə qədər istifadə olunur, heyvandan dərman üçün çoxlu dərmanların istehsalında bu heyvanların əzasından, üzvlərindən faydalanır “Və ləhum fiha mənafi” Çoxlu mənfəətlər var, üstüörtülü deyirəm, çoxlu mənfəətlər var. Gedin xatırladın, araşdırın görün nə qədər mənfəətlər var.
“və məşarib” və bunlardan içməli istifadə eləyirsiniz, süd məhsullarının hamısı heyvanlara qayıdır. “əfəla yəşkurun” Biz bu bir dənə neməti saydıq, hələ bizim ayrı nemətlərimizi xatırlatmırıq, fəqət heyvan nemətlərimizi xatırladırıq sizə “əfəla yəşkurun” Aya, bunlar şükür eləmirlər. Bu nemətin bir belə xeyirləri var beləsinə. Biz əvvəldən elə qəsdli bunlar üçün yaratmışıq belə deyil ki, təsadüfən bunlar görüblər faydalıdır, götürüblər faydalanıblar. Əvvəldən “xələqna ləhum”, əvvəldən “zəlləlnaha-ləhum” Əvvəldən biz bu işləri qəsdli, düşünülmüş halda eləmişik. Heyvanatı yaratmışıq bunlar üçün, heyvanatı ram eləmişik, ixtiyarı da vermişik bunlar üçün. Bəs bunlar biz bir belə bunlara nemət veririk, bunlar şükür eləmirlər? Şükür budur ki, neməti əvvələn qəbul eləyələr nemətdir, nemət verəni görələr, nemət verənə ehtiram eləyələr, nemət verənə sitayiş eləyələr və neməti də yerində məsrəf eləyələr.
Buyurur ki, müqabilində bunlar biliriniz neynirlər? Şükür eləmirlər heç, gedirlər birinin pərəstişinə ki, o pərəstiş ki, ona eliyirlər nə xeyri var onlara, nə özlərinə onların xeyri var. Büt nə eliyə bilər özünə kömək eləsin, nə eliyə bilər sizə kömək eləsin. Bizim sizə xeyrimiz var, Biz tamamı xilqəti sizin üçün yaratmışıq, şərait yaratmışıq sən yaşayasan, xoş yaşayasan, güclənəsən, istifadə eliyəsən. Bir heyvanı misal vurduq.
“vəttəxəzu min dunillahi alihə” Allahdan qeyri məbudlar seçirlər. “alihə” ilah cəmidir, ilahə, yəni məbud. Allahdan qeyri pərəstiş olunmuşlar, seçirlər özlərinə bütlər seçirlər Allahdan qeyri. “ləəlləhum yunsərun”. Şayət onlar kömək olunalar, yəni o bütlər gələlər bunlara kömək eliyələr, bunlar olar “mənsur”, bütlər olar “nasir”. Büt kömək eliyən, bu kömək olunan. Bütə pərəstiş eləyir ta kömək olunsun. Deyir əqlini işə sal, diqqət elə gör büt özünə kömək eliyə bilər ta hələ sənə kömək eləsin.
Deyirlər Əbuzər Ğəffari islamdan qabaq da tək Allaha pərəstiş eliyərdi. Hətta besətdən əvvəl bir sıra insanlar Ərəbistan yarımadasında müvvəhid idilər, müvvəhid yəni tək Allaha pərəstiş eləyirdilər. İlləti bu ki, Əbuzər tək Allaha pərəstlişliyə düşdü. Hələ besətdən əvvəl peyğəmbər peyğəmbərliyinə çatmazdan əvvəl, deyirlər bir tülkü bir heyvan gəldi bütlərə ədəbsizlik elədi. Bütlərə ədəbsizlik eləyəndən sonra Əbuzər bir az fikirləşdi. Mən ki, buna nəzir deyirəm, qurbanlıq verirəm, pərətiş eləyirəm, müxtəlif ibadətlər eliyirəm ta bu mənə ehtiyaclarımı ödəsin, çətinliklərimi ödəsin kömək eləsin mənə; bu hələ özünə kömək eləyə bilmir, bir tülkünün ədəbsizliyinə özünü müdafiə eləyə bilmir hələ qalsın mənə kömək eləsin. Ordan, bütlərdən əl çəkir. Məqsədim budur ki, buyurur: bunlar pərəstiş edirlər “ləəlləhum yunsərun” ta kömək olunalar. Allah-mütəal buyurur ki, “La yəstətiunə nəsrəhum” Bunların qüdrətləri yoxdur kömək eləsinlər onlara.
“nəsrəhum” iki cür məna eləmək olar. Bir, elə o bütlərə, “alihə”lərə qaytaraq. Qaytaraq ki, bunlar əslən qüdrətləri yoxdur o “alihə”lər bunlara kömək eləsinlər. Yəni “La yəstətiunə” yəni bu bütlərin qüdrətləri yoxdur, “nəsrəhum” yəni bu bütpərəstlərə, bu adamlara kömək eləsin. Bir “nəsrəhum”u da elə qaytaraq ona ki, “La yəstətiunə”dədi mənası bu olar ki, bunlar əslən özlərinə kömək eləməyə qüdrətləri yoxdur, bunlar əslən özlərinə nicat verə bilməzlər hələ qalsınlar sizə. “baqiduş şəy la yutiş şəy” bir şey ki, özündə yoxdur nə cür sənə verəcək? O özü başdan-ayağa möhtacdır, başdan-ayağa sən onu yaratmısan. Bəzən insan özü taxtaynan büt düzəldir. Taxtaynan büt düzəldəndən sonra istəyir ona pərəstiş eləsin.
“və hum ləhum cundun muhzərun”. Allah-mütəal buyurur ki, bir gün zəlilcəinə bunlar Mənim qarşımda duracaqlar Qiyamət günü “hum ləhum”. Bu “hum ləhum”u təfsirdə müxtəlif mənalar olubdur. Bir mənası budur ki, bu bütpərəstlər “ləhum” bu bütlərlə bu bütlərə qoşun olacaqlar Qiyamət günü. Yəni burda necə qoşun idilər onlara pərəstiş edirdilər, orda da zahiri qoşun düzələcək; bütpərəst qoşun olacaq bütə. Amma “muhzərun” bizim tərəfimizdən hamısı hazır olunacaq. “Muhzər” “hazirun” ilə fərqi var. “Hazir” odur ki, özü istəyib hazır olsun. Bu icbar deyil, “muhzər” yəni biz istəmişik, məcburi onu hazır eliyəcəyik. Bu ona qoşundur. O olacaq komandir, o olacaq başda gedən; bu olacaqdı ona pərəstiş eliyən, təbəyyət eliyən, dalınca gedən. Bu zahiri qoşun kimi ehzar eliyəcəyik bunları, məcburi öz dərgahımıza çəkəcəyik və hazır eliyəcəyik. Orda istəmişik belələrinə deyək ki, bu qüdrət idi ki, istəyirdi sənə kömək eləsin, indi sən onun qoşunu, kömək eləsin. Nə özünə kömək eləyə bilər, nə də sənə kömək eləyə bilər. Bəs bu məna ki, biz ərz elədik bunlar onlara qoşun olacaqlar.
İkinci mənanı bəziləri eliyiblər ki, yox bütlər qoşun olacaqlar bunlara. O gün biz bütləri əsgər eləyəcəyik bunları yox. Əsgər müdafiə eləməlidir, da. Orda deyəcəyik müdafiə eləyin, da. Bunlar pərəstiş eliyirdilər sizə, ta siz müdafiə eləyəsiz, siz kömək eləyəsiz. Biz bir zahiri qoşun düzəldəcəyik. Zahiri qoşun düzəldəndən sonra ehzar eliyəcəyik, deyəcəyik di müdafiə eləyin, da, indi hazır. Buyurur ki, “vəhum ləhum cundun” Bəs bunlar onlar üçün qoşundur. Bunlar onlar üçün qoşundur – bir məna oldu bütpərəstlər büt üçün qoşundurlar. Burda, dünyada onları qabaqda vermişdilər, orda da zahiri qabaqda verəcəklər, biz onları ehzar eləyəcəyik. Bir də budur yox, bunların niyyətlərinə baxaq; bunlar onlara pərəstiş ediblər ta kömək eləsinlər, ta əsgər olsunlar müdafiə eləsinlər. Biz bu bütləri onlara qoşun eləyəcəyik. Vəli “muhzərun” ehzar eliyəcəyik, ehzar yəni məcburi bunları öz məhkəməmizdə, öz dərgahımızda hazır eliyəcəyik, orda hesab alacağıq. Deyəcəyik indi kömək elə, da.
Bəs ya Rəsuləllah “Fəla yəhzunkə qəvluhum” Onların sözləri səni narahat eləməsin; onlar şair deyərlər, onlar sehribaz deyərlər, Qurana şeir, əfsanə deyərlər. Bunlar, bu sözlər səni yormasın, nə qəmgin eləməsin. “inna nə`ləm” biz bilirik. Sən bizim hüzurumuzda iş görürsən, onların demələrini də bilirik, sənin də işlərini bilirik. Heç vaxt sənin işlərini unutmarıq, onların demələri də səni narahat eləməsin. Biz hamısını görürük, yəni bizim məhzərimizdə sən fəaliyyət eliyirsən. Vəxti bizim məhzərimizdə sən fəaliyyət eliyirsən ona görə narahat olma. Bizim kontrolumuzdadır. “inna nə`ləm” biz bilirik, “ma yusirrun” onu ki, gizlədirlər “və ma yu`linun” onu ki, aşikar eliyirlər. Aşikar, gizli hamısını Biz bilirik, onlar heç vaxt kontrolumuzdan xaric deyillər. Səni narahat eləməsin, Biz sənə köməkçiyik, Allah sənlədir. Vəxti sənlədir, narahatçılığı yoxdur, onları da görür. Hətta onların sirrindən gizlin “yələmu sirrə və ma əxfa” Bəzi ayələrdə var deyir: sirrdən də gizlini o şeylər ki, özləri unudublar, Biz unutmarıq. Həm aşikar onu bilirik; həm sirr, gizlin onu bilirik. Bu sirridən də gizlin, yəni o ki, özü də unudubdur onu da bilirik. Ona görə heç zad səni narahat eləməsin. Aləm bizim elmimizin, əhatəmizin, bizim nəzarətimizin altındadır. Əgər birinə işimiz yoxdur hikmətə görədir. Möhlət vermişik hikmətə görədir. Bunun mənası bu deyil ki, görmürük o bizim dərgahımızda güclüdür, biz acizik. Nə acizik, nə cahilik hamısı bizim əlimizdədir.....